XƏBƏRLƏR

10.11.2016

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi üzrə 2016-cı ilin 9 ayında görülən işlər

2016-cı ilin 9 ayında Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində müvafiq işlər görülüb, yeni layihələr həyata keçirilib.

   Muxtar respublikada ötən ilin iyun ayından başlayaraq qurulmasına başlanan  4-cü nəsil Naxtel 4G mobil rabitə sistemi üzrə layihənin icrası bu ilin 9 ayında da davam etdirilmişdir. Belə ki,  hesabat dövrü ərzində   əlavə  37 baza stansiyasında quraşdırma  işləri başa çatdırılıb və beləliklə  istismara hazır olan 4-cü nəsil mobil  baza stansiyalarının sayı 96-ya çatıb. Bundan əlavə bu ilin əvvəlindən  şəbəkənin qeydiyyat və hesabat  sisteminin idarə olunması üçün (ümumilikdə Billing adlanan) əsas və ehtiyyat server avadanlıqları Naxçıvana gətirilmiş və 13 moduldan ibarət işçi proqramların hazırlanmasına başlanmışdır. Hazırda əsas işlər başa çatdırılmış, sınaq testləri davam etdirilir. Naxtel LTE şəbəkəsində 2G ilə işləyən mövcud baza stansiyalarının 4G şəbəkəsinə keçirilməsi işi uğurla aparılıb. Bununla da mövcud baza stansiyalarının 4G şəbəkəsinə keçidi yekunlaşdırılıb.

    Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və HUAWEİ şirkəti ilə bağlanan müqaviləyə əsasən 10 ədəd Yeni Nəsil Avtomat Telefon Stansiyası alınıb muxtar respublikaya gətirilərək təyin olunan yerlər üzrə qurulub. Eyni zamanda yeni alınan telefon stansiyalarının montaj tutumundan daha səmərəli istifadə olunması üçün mövcud şəbəkədə müvafiq yerdəyişmələr edilib. 10 ədəd Yeni Nəsil Avtomat Stansiyasından 3-ü Naxçıvan şəhəri üzrə tələbat olan məhəllələrdə, 1-i Nehrəm kəndindəki 2 nömrəli məktəbin yaxınlığinda, 1-i Xəlilli kəndındəki yeni tikilən kənd mərkəzində, digər 5-i isə  Babək rayonun Şəkərabad, Qoşadizə və Şərur rayonunun Dizə, Cəlilkənd və Qortçulu kəndlərindəki mövcud stansiyalarla əvəz edilib.  Bundan əlavə hesabat dövründə Şərur rayonunun Axamət və Yuxarı Yaycı, Culfa rayonunun Saltax, Babək rayonun Xal-xal, Gərməçataq, Məzrə, Ordubad rayonunun Kotam və Kəngərli rayonunun Yurtçu kəndlərində yeni avtomat telefon stansiyaları qurulub. Əhalinin telefon çəkilişinə olan tələbatı nəzərə alınaraq Culfa rayon Xanəgah kənd avtomat telefon stansiyasında 16 nömrə tutumlu plata artırılıb və rayonun Gülüstan kəndində yeni 128 nömrə tutumlu DAEWOO DTS 1100 avtomat telefon stansiyası quraşdırılıb. Həmçinin Gülüstan avtomat telefon stansiyası ilə Culfa mərkəzi avtomat telefon stansiyası arasında 4E1 optik modem qoyularaq arabağlantı təmin edilib. Əhalinin telefon çəkilişinə olan tələbatı nəzərə alınaraq Şahbuz rayonunun Gömür kənd avtomat telefon stansiyasında 16 nömrə tutumlu plata artırılıb. Bundan əlavə Şahbuz rayon Gömür kənd avtomat telefon stansiyası optik arabağlantı ilə Naxçıvan HOST-a qoşulub.

“Naxçıvanbank” ASC-nin Ordubad rayon filialının şəbəkəyə qoşulması üçün Naxçıvan Mərkəzi avtomat telefon stansiyası ilə Ordubad HOST arasında converter qoyularaq arabağlantı təmin edilib.

Ümumilikdə 9 ay ərzində 5056 nömrə tutumlu 18 ədəd yeni avtomat telefon stansiya istismara verilib.

2016-cı ilin hesabat dövründə 2217 (iki min iki yüz on yeddi) ədəd ( 380 ədəd məftilsiz, 1837 ədəd məftilli) yeni telefon nömrəsi istifadəyə verilib.

Yeni tikilən kənd mərkəzlərinə və istifadəyə verilən telefon stansiyalarına arabağlantı üçün 94216 (doxsan dörd min iki yüz on altı) metr fiberoptik kabel xəttləri çəkilib.

         2016-cı ilin 9 ayında “Evədək optika” layihəsi üzrə 55 fərdi mənzilə fiberoptik kabel xətti çəkilib.

        Hesabat ayı ərzində 12 tam orta məktəbdə 276 kompüter dəsti qurulub.

        “Əlincə Qala” muzeyinin muxtar respublikanın distant təhsil sisteminə qoşulması təmin edilib.

Bu ilin may ayından ehtibarən FİNCA bankla bağlanmış müqaviləyə əsasən bankın müştərilərindən kredit vəsaitlərinin qəbuluna başlanıb. “Naxçıvanpoçt” MMC-nin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulması prosesi  başa çatdırılıb.

          Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 fevral 2016-cı il 30-5/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”nın icrası ilə əlaqədar Eynəlibəy Sultanovun xatirəsinə həsr olunmuş 20000 poçt markası  və 20 ədəd buklet hazırlanaraq tədavülə buraxılıb.  

          Culfa rayonunun Saltaq, Babək rayonunun Xəlilli, Kəngərli rayonunun Yurdçu, Şərur rayonunun Oğlanqala və Şahbuz rayon Daylaqlı kəndlərində istifadəyə verilmiş yeni poçt bölmələrindəki işçi kompüterlər Naxçıvanpoçtun MHM şəbəkəsinə qoşularaq bütün lazımi avadanlıqlarla təmin olunub. Eyni zamanda Babək rayon Məzrə kənd poçt bölməsi yeni binaya köçürülüb.

 Ötən müddət ərzində 3108 (üç min yüz səkkiz) abunəçi genişzolaqlı  internetlə təmin olunub.

  2016-cı ilin 9 ayında ümumi çəkisi 106845 (yüz altı min səkkiz yüz qırx beş) kq poçt daxil olub və 21126 (iyirmi bir min yüz iyirmi altı) kq poçt göndərilib. Bu müddətdə 5330727 (beş milyon üç yüz otuz min yeddi yüz iyirmi yeddi) manat elektrik enerjisindən istifadə haqqı, 6789936 (altı milyon yeddi yüz səksəz doqquz min doqquz yüz otuz altı) manat qaz, 805165 (səkkiz yüz beş min yüz altmış beş) manat isə su haqqı yığılıb. Eyni zamanda “Naxçıvanpoçt” MMC tərəfindən 9 ayda 7730877 (yeddi milyon yeddi yüz otuz min səkkiz yüz yetmiş yeddi) manat məbləğində pul baratı qəbul edilib, 8153561(səkkiz milyon yüz əlli üç min beş yüz altmış bir) manat məbləğində ödənilib.

Bundan əlavə hesabat dövründə Naxçıvan Muxtar Respublikasıda Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və  İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri  hazırlanaraq istismara verilib. Bunun üçün idarələr arasında qapalı şəbəkə qurulub, mərkəzi server avadanlıqları alınıb və müvafiq proqram təminatı hazırlanıb, 80 təşkilatın sistemə qoşulması təmin edilib.

          Naxçıvan Muxtar Respublikasının elektron hökümət portalında cari yeniləmə işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi üçün səs gücləndirmə və sinxron tərcümə avadanlıqları alınıb, qurulub təhvil verilib.

Televiziya və Radio Verilişləri Komitəsi üçün simsiz mikrafon dəstləri və işıqlandırma sistemləri alınıb, təyinatı üzrə istifadəyə verilib. Eyni zamanda Naxçıvan Televiziyasının internetdə canlı yayımının təşkili üçün server avadanlığı qurulub, xüsusi proqram təminatı və arxiv sistemi hazırlanıb, internet saytı yaradılıb.

          Naxçıvan Muxtar Respublikası Dəmir Yolları MMC üçün daxili telefon stansiyası alınaraq quraşdırılıb, Naxçıvan, Şərur və Culfa dəmir yol stansiyalarında müasir dispeçer avadanlıqları istismara verilib. Həmin məntəqələrə optik kabel xətləri çəkilib.

          Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin uşaq hüquqlarının mühafizəsi üzrə elektron məlumat bankı hazırlanaraq bu məqsədlə alınmış serverə yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə şəhər rayon polis şöbələri arasında telekommunikasiya şəbəkəsi qurulub.

Nazirliyin dəstəyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində Azərbaycanda ilk dəfə  “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə həyata keçirilib. Layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə  Çin Xalq Respublikasının Şenjen şəhərindəki “Huawei” şirkətinin Yay Təlim Mərkəzində iyun ayının 10-27 tarixləri arasında istehsalat təcrübəsi keçib.

Bundan əlavə sözü gedən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasının III kurs tələbələrinin iyun ayının 28-dən iyul ayının 19-dək  Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təcrübə keçmələri təmin olunub.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Naxçıvan Turizm İnformasiya Mərkəzinin azərbaycan, rus, ingilis dillərində (turizm.nakhchivan.az) internet saytı yenidən yığılıb. 76 dövlət orqanının saytında Naxçıvan portalının və 91 saytda Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilərək keçidlər verilib. Bundan əlavə  muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Turizm İnformasiya Mərkəzinin əməkdaşları üçün seminar təşkil olunub. 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi ilə rayon təşkilatları arasında daxili şəbəkə layihələndirilərək qurulub və təhvil verilib. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə yerləşən statistika işçilərinin otaqlarına  171 telefon xətti çəkilib.

Hesabat ayında İP televiziyanın keyfiyyət göstəricilərinin yüksəldilməsi, MPEC-2 formatından MPEC-4 formatına keçid üçün avadanlıqlar alınıb və aidiyyatı üzrə montaj olunub.

“Naxçıvan” Universitetində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın nakhchivan.az portalında canlı yayımı təşkil edilib.

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən Naxçıvan Texniki Kollecinin kompyuterlərinin daxili şəbəkəsi qurulub, internetə qoşulub və digər elektron avadanlıqların quraşdırılması təmin edilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublika İdarəsinin veb səhifəsi hazırlanaraq təhvil verilib. Babək rayonunun Məzrə, Culfa rayonunun Xanəgah kənd tam orta məktəblərinin hər birində 19 ədəd kompyuter olmaqla daxili şəbəkə qurulub, internetlə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin daxili şəbəkəsi qurulub, komputer avadanlıqları şəbəkəyə qoşulub.

 “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksi üçün  veb səhifənin hazırlanmasına başlanılıb.

Miqrasya Xidməti üçün Naxçıvan Mərkəzi avtomat telefon stansiyası ilə Naxçıvan Dəmir Yolu, eyni zamanda Culfa Mərkəzi avtomat telefon stansiyası ilə Culfa Dəmir Yolu arasında hər birində ayrılıqda 4E1 optik modem qoyularaq arabağlantı təmin olunub.

Naxçıvan şəhərində yerləşən Texniki kollecin binasında tədris məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar  Nazirliyi üçün ayrılmış sinif otaqları routerlər, svitçlər, Avtomat telefon stansiyası, plakatlar və digər lazımı avadanlıqlarla təchiz olunub.

Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixdə ümumxalq səsverməsi (referendum) keçiriləcək seçki məntəqələrinin hər birinə telefon xətti çəkilib, 35 seçki məntəsinə veb-kamera quraşdırılıb və lazım olan mal-materiallarla təchiz olunub.

 

 

Mənbə: Naxçıvan MR RYTN - Mətbuat Xidməti