XƏBƏRLƏR

10.11.2016

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi üzrə 2016-cı ilin oktyabr ayında görülən işlər

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio  xidmətlərinin göstərilməsi oktyabr ayında da uğurla davam etdirilib.

 Hesabat ayının ən əlamətdar hadisəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Naxtel 4G mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi olub. Açılış mərasimində “Mobil rabitə şəbəkəsi muxtar respublika üçün vacib sahədir. Çünki dayanıqlı rabitə və internet xidmətlərinin göstərilməsi insanlara rahatlıq gətirir. Həmçinin mobil rabitə şəbəkəsi muxtar respublikada əhalinin elektron xidmətlərə çıxışını yaxşılaşdıracaq, vaxt itkisinin və əlavə xərclərin qarşısını alacaq, ümumilikdə insanlara 20-dən artıq müxtəlif elektron xidmət göstəriləcəkdir. Müasir mobil rabitə sisteminin imkanlarından səmərəli istifadə etmək və keyfiyyətli xidmət göstərmək isə bu sahə üzrə mütəxəssislərin hazırlanmasını zəruri edir”-deyən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin bu məsələni diqqətdə saxlamalı olduğunu, mütəxəssislərin hazırlanmasının vacibliyini bildirib. 

Bundan əlavə hesabat ayında Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən Ordubad rayonunun Baş Dizə və Culfa rayonunun Gülüstan kənd tam orta məktəblərinin hər birində 13 ədəd kompyuter olmaqla daxili şəbəkə qurulub, internetlə təmin olunub. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının elektron hökümət portalında cari yenilənmə işləri aparılıb. Naxçıvan televiziyasının veb səhifəsi və internetdə canlı yayımı hazırlanaraq təhvil verilib. “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksi üçün  internet səhifənin hazırlanması işi davam etdirilir. Muxtar respublikanın turizm potensialını təbliğ etmək məqsədilə dövlət orqanlarının saytında Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerinin yerləşdirilərək keçidlər verilməsi istiqamətində işlər davam etdirilib, banner yerləşdirilən saytların ümumi sayı 94-ə çatdırılıb.

  Oktyabr ayı ərzində genişzolaqlı Asinxron Rəqəmli Abunəçi xətti texnologiyası vasitəsilə 422 yeni abunəçi internetlə təmin olunub.

   Hesabat ayında kompüter kursları üzrə təhsil almaq üçün 59 dinləyici olmaqla, 5 ümumi və 15 fərdi qrup yaradılıb.

Əhalinin telefon çəkilişinə olan tələbatı nəzərə alınaraq Naxçıvan şəhəri 58-ci məhəllədə 384 nömrə tutumlu yeni nəsil NGN tipli ATS quraşdırılıb.

“Evədək optika” layihəsinin icrası ilə əlaqədar 3 fərdi mənzilə fiberoptik kabel xətti çəkilib.

Oktyabr ayı ərzində 515 (beş yüz on beş) metr fiberoptik kabel xəttinin tikintisi həyata keçirilib.

 Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 201 ədəd (26 ədəd məftilsiz, 175 ədəd məftilli) yeni telefon nömrəsi istismara verilib.

Oktyabr ayında Naxçıvan Muxtar Respublikası Radio və Televiziya Ötürücü Mərkəzinin nəzdində fəaliyyət göstərən “Kanal-35” televiziyasında ümumilikdə 391 videomaterial, “Naxçıvanın səsi” radiosunda isə 142 veriliş hazırlanaraq efirə təqdim olunub.

Naxçıvanpoçt MMC-yə ümumi çəkisi 18046 (on səkkiz min qırx altı) kq  poçt bağlaması daxil olub və 3283 (üç min iki yüz səksən üç) kq poçt bağlaması göndərilib.

 Ay ərzində 700104 (yeddi yüz min yüz dörd) manat elektrik enerjisindən istifadə haqqı, 561719 (beş yüz altmış bir min yeddi yüz on doqquz) manat qaz, 122304 (yüz iyirmi iki min üç yüz dörd) manat isə su haqqı, 226566 (iki yüz iyirmi altı min beş yüz altmış altı) manat məbləğində rabitə ödənişləri yığılıb. Ümumilikdə Naxçıvanpoçt MMC tərəfindən 2260556 (iki milyon iki yüz altmış min beş yüz əlli altı) manat vəsait toplanıb.

“Naxçıvanpoçt” MMC üzrə oktyabr ayında 970534 (doqquz yüz yetmiş min beş yüz otuz dörd) manat məbləğində pul baratı qəbul edilib, 990047 (doqquz yüz doxsan min qırx yeddi) manat məbləğində ödənilib.

FİNCA Bankla  bağlanmış müqaviləyə əsasən ay ərzində bankın müştərilərindən 171877 (yüz yetmiş bir min səkkiz yüz yetmiş yeddi) manat həcmində kredit ödənişi qəbul edilib.

 

Mənbə: Naxçıvan MR RYTN - Mətbuat Xidməti