İKT XƏBƏRLƏR

 16.11.2017

 Azərbaycan dünyada İKT-nin inkişafı üzrə neçənci yerdədir?

Azərbaycan 176 ölkə arasında İKT inkişafı reytinqində 65-ci yerdədir.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı məlumata istinadən bildirir ki, ölkəmiz bu reytinqdə Cənubi Qafqaz ölkələri arasında liderdir.

Reytinqdə lider İslandiyadır. İlk beşliyə həmçinin Cənubi Koreya, İsveçrə, Danimarka və Böyük Britaniya daxil olub.

Rusiya 45-ci yerdə qərarlaşıb, Qazaxıstan - 52, Moldova isə 59-cu olub. Ermənistan 75-ci yerdə, qonşu Gürcüstan isə 74-cü pillədə qərarlaşıblar.

MDB ölkələri arasında bu sahədə 176 ölkə içində 32-ci olan Belarus liderlik edir.

İlk onluğa həmçinin Honq Konq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiya daxil olublar.

BTİ yeni hesabatında informasiya-kommunikasiya texnologiyalarından istifadə indeksi nəzərə alınıb.

Hesabatda internetə qoşulmuş insanların sayında artım olduğunu və dünyada İKT yeniliklərindən daha aktiv istifadə edildiyini göstərir.

Yeni hesabatın müəllifləri bu tendensiyanı mobil telefon bazarının həcminin artması və genişzolaqlı rabitənin əlçatanlığı ilə izah edir.

 


 

 

 

Mənbə: Azərbaycan Respublikası RYTN