İKT XƏBƏRLƏR

 12.07.2017

 

12 yaşlı qız IQ testdə dahiləri geridə qoyub

Böyük Britaniyanın Çeşir qraflığında yaşayan Hindistan əsilli 12 yaşlı Racqauri Pavar intellekt əmsalını müəyyən edən sınaq zamanı 162 bal toplayaraq Albert Eynşteyn və Stiven Hokinqin göstəricilərini üstələyib.

Racqauri Pavar adlı qızın nəticəsi 18 yaşadək olan insanlar üçün mümkün ola biləcək maksimum göstərici hesab edilir.

Qeyd edək ki, dahilər üçün IQ göstəricisi 140 bal müəyyən edilib. Albert Eynşteyn və Stiven Hokinq isə 160 bal toplayıblar.

Nəticələr açıqlandıqdan sonra 12 yaşlı qıza Böyük Britaniyanın yüksək intellektə malik insanları klubuna – Mens Cəmiyyətinə üzvlük təklif edilib.


 
 


 

 

Mənbə: Azərbaycan Respublikası RYTN