ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

09.10.2015

Muxtar respublikada poçt xidməti müasir tələblər əsasında qurulur

Azərbaycan 1993-cü ildə Ümumdünya Poçt İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Həmin tarixdən etibarən hər il oktyabrın 9-u Azərbaycanda Ümumdünya Poçt Günü kimi qeyd olunur.
Ölkəmizdə rabitə və informasiya texnologiyalarının inkişafı ötən əsrin 70-ci illərinə təsadüf edir. 1969-cu ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra isə poçt sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə 1997-ci ilin mart ayında poçt rabitəsinin “Dirçəliş və inkişaf proqramı” qəbul olunmuş, həmin ilin dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilmişdir. Ulu öndərin 2003-cü il 17 fevral tarixli “Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər) haqqında Sərəncamına əsasən, Azərbaycanda rabitə sistemi, o cümlədən poçt rabitəsi yeni və davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur.

Poçt-rabitə sisteminin müasir tələblər əsasında qurulması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir. 2004-cü ildə “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu sahənin qanunvericilik bazasını xeyli gücləndirmişdir. Bu gün ölkəmizdə bütün poçt şöbələri müasir standartlara uyğun avtomatlaşdırılmış, texniki avadanlıqlarla tam təchiz olunmuşdur. Azərbaycanda kosmik sənayenin inkişafı, süni peyklərin orbitə buraxılması digər rabitə xidmətləri ilə yanaşı, poçt sahəsində də informasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqinə geniş imkanlar açmış, əhaliyə gös­tərilən xidmətlərin keyfiyyətini­ artırmışdır. 
Naxçıvan Muxtar Respublikasının poçt-rabitə sistemi də özünəməxsus inkişaf yolu keçmişdir. Naxçıvanda ilk poçt ekspedisiyası hələ 1828-ci ildə yaradılmış, 1864-cü ildə Tiflis-Naxçıvan teleqraf xətti çəkilmişdir. 1918-ci ildə Naxçıvan şəhərində ilk poçt kontoru açılmış, 1927-ci ildə isə Ordubad, Culfa, Şərur poçt-teleqraf şəbəkələri və Naxçıvan şəhərində Poçt-Teleqraf Agentliyi yaradılmışdır. 1996-cı ildən başlayaraq Naxçıvanda poçt xidmətlərinin keyfiyyəti mərhələ-mərhələ yüksəldilmiş, bu sahənin texniki imkanları genişləndirilmişdir. Telekommunikasiya sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi və yeni rabitə şəbəkələrinin istifadəyə verilməsi, poçt bölmələrinin sayının artırılması və internetə çıxış imkanının yaradılması ilə Naxçıvan Muxtar Respublikasının informasiya şəbəkəsi xeyli genişləndirilmişdir.
Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir texnologiyalarla təmin edilmiş, xidmətin səviyyəsi yüksəldilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı isə bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmişdir.
Muxtar respublikada rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkəsinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Hazırda muxtar respublika ərazisində 8 poçt filialı və 147 poçt bölməsi fəaliyyət göstərir. Poçt filiallarının və bölmələrinin kompüterləri Naxçıvan şəhərində yerləşən Məlumat Hesablama Mərkəzinə qoşulmuş, poçt əməliyyatlarının operativ həyata keçirilməsi təmin olunmuşdur. Hazır­da muxtar respublika ərazisində telefon və kommunal xidmət haqlarının yığılması, beynəlxalq və ölkədaxili pul baratlarının, tele­qramların göndərilməsi və qəbulu tamamilə avtomatlaşdırılmış qaydada həyata keçirilir. Əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin daha yüksək səviyyədə təşkil edilməsi üçün poçt filiallarında və bölmələrində 118 ədəd POS-terminal quraşdırılmışdır. “Naxçıvanpoçt” MMC-nin Hökumət Ödəniş Portalı istifadəyə verildikdən sonra Hökumət Ödəniş Portalına qoşulan idarə və təşkilatlar üçün poçt bölmələri tərəfindən onlayn ödəniş aparmaq imkanı yaradacaqdır. Bundan başqa, Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılması ilə əlaqədar 10 poçt bölməsində yeni kompüter və kart oxuyucu qurğular qoyulmuş və smartkartların yüklənməsi xidməti təşkil olunmuşdur. 
Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırmışdır. Elektron imzadan istifadə vaxta qənaət etməklə sənədi imzalayaraq istənilən məsafəyə tam təhlükəsiz göndərməyə imkan verir. Bu tələbatı ödəmək məqsədilə mərkəzi poçt şöbəsində elektron imzanın verilməsi xidməti təşkil edilmişdir. 
Bu gün muxtar respublikanın şəhər və kəndlərində quruculuq işləri aparılarkən poçt sahəsinin maddi-texniki bazası da möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir, xidmətin səviyyəsi yüksəldilir. Bundan başqa, muxtar respublika ərazisində poçtdaşıma işlərinin yaxşılaşdırılması, beynəlxalq poçtdaşımalarının həyata keçirilməsi üçün “Express Mail Servis”, DHL beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir. Bu da məktubların, sənədlərin və bağlamaların ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Eyni zamanda göndərişlərin hansı məntəqədə olduğunun internet üzərindən izlənməsinə imkan yaradır. 
Poçt işçiləri bundan sonra da səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə edərək muxtar respublika sakinlərinə nümunəvi xidmət göstərəcəklər.

 

 

Mənbə: Naxçıvan MR RYTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ