ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

29.06.2015

Elektron Təhlükəsizlik Mərkəzi 1 saniyənin informasiya sistemlərinə gözlənilən təsiri ilə bağlı xəbərdarlıq yayıb

Bildiyiniz kimi 2015-ci ilin 30 iyun tarixində saat 23:59:59-da (Baki vaxtı 1 iyul 04 59 59 UTC +5 olacaq ) dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilmişdir və kompüterinizdə həmin anda vaxt 23:59:60 kimi əks oluna bilər.

Bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. Belə ki, 2012-ci ildə dünya saatına edilən oxşar dəyişiklik nəticəsində bir sıra məhşur veb saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxmışdır.

Belə ki, komputerdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini komputer qurğuları sistemdə səhvlik kimi başa düşüb öz fəaliyyətini dayandıra bilərlər. 

Buna görə də  bir çox məşhur şirkətlər  həmin tarixdən 20 saat əvvəl öz NTP serverlərinə xüsusi dəyişiklikləri tətbiq edərək sistem saatlarını təqribi olaraq bir milyondan 14 saniyəyə yavaşladırlar. Belə ki 20 saatlıq "yavaşlamadan" sonra  sistemdəki vaxt artıq tədricən dəyişərək tənzimlənmiş vaxta keçir.

 Qeyd edək ki, bu hallar daha çox server və mürəkkəb informasiya sistemlərinə təsir edə bilər. 

 

Mənbə: Naxçıvan MR RYTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ