ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

12.11.2014

Rabitə və yeni texnologiyaların tətbiqi diqqət mərkəzindədir

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların tətbiqi, rabitə sisteminin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində davamlı işlər görülür. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun strukturuna daxil olan idarə və müəssisələr tərəfindən bu məsələ daim diqqətdə saxlanılır.
Oktyabr ayında sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə mövcud telefon stansiyalarının nömrə tutumlarının artırılması və CDMA simsiz rabitənin genişləndirilməsi işləri davam etdirilmişdir. Bu məqsədlə ötən ay, ümumilikdə, 373 yeni telefon nömrəsi istismara verilmiş, o cümlədən evədək optika layihəsi üzrə çəkilən xətlərin sayı 32-yə çatdırılmışdır.

Yeni infrastrukturun qurulması ilə əlaqədar Ordubad rayonunun Aşağı və Yuxarı Əylis kəndləri arasında 7 min 137 metr yeraltı fiber-optik kabel çəkilmiş, optik modem qoşularaq arabağlantı təmin edilmişdir. Bu layihələr çərçivəsində yeni avtomat telefon stansiyaları da qurulmuş, əhaliyə nümunəvi rabitə xidməti göstərilməsi üçün müasir şərait yaradılmışdır. Belə ki, Şərur rayonunun Diyadin kəndində 96 nömrə tutumlu yeni ATS istifadəyə verilmiş, Babək rayonunun Güznüt kəndində mövcud ATS yeni nəsil ATS-lə əvəz olunmuşdur. Şahbuz şəhərində həyata keçirilən müasir şəhərsalma tədbirləri ilə əlaqədar olaraq, mövcud ATS yeni binaya köçürülmüş və şəhər daxilində 800 metr, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinə 130, rayonun bir sıra kəndlərinə 11 kilometrdən artıq fiber-optik kabel çəkilmişdir. Nursu kəndindəki ATS yeni binaya köçürülmüşdür. Bu istiqamətdə işlər Sədərək rayonunu da əhatə etmiş, Heydərabad qəsəbəsindəki ATS ilə rayon ərazisindəki hərbi hissə arasında 300 metr məsafədə fiber-optik kabel bağlantısı yaradılmışdır. Oktyabr ayı ərzində, ümumilikdə, uzunluğu 248 km olan Ordubad-Sədərək alternativ 48 lifli fiber-optik magistral xətti üzərində bütün istiqamətlərdə ölçmə işi başa çatdırılmışdır.
“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nda nazirlik qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Proqramın icrası ilə əlaqədar distant tədrisin təşkili məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmış və oktyabr ayının əvvəlində istifadəyə verilmişdir.
Müasir texnologiyaların elm, təhsil və digər sahələr üzrə tətbiqi bu günün ən mühüm şərti, inkişafın əsas meyarıdır. Buna görə də muxtar respublikada müasir informasiya texnologiyalarının ayrı-ayrı sahələr üzrə tətbiqinə böyük önəm verilir. “Pronet” MMC ilə bağlanmış üçtərəfli müqaviləyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üçün xüsusi dövlət orqanlarına işə qəbul, attestasiya imtahanları və dövlət qulluqçularının reyestri proqram təminatlarının hazır­lanması başa çatdırılmışdır. Bundan başqa, “Allstar” şirkətindən alınmış sinxron tərcümə avadanlıqları Naxçıvana gətirilmişdir.
Görülən məqsədyönlü işlər poçt xidmətinin inkişafına da öz töhfəsini verir. “Naxçıvanpoçt” MMC tərəfindən də oktyabr ayında əhaliyə nümunəvi xidmət göstərilmişdir. Bu dövr ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan daxil olan maniqramların məbləği 172 min 230 manat olmuş, rüsumu 4 min 890 manat, sayı isə 1876 ədəd təşkil etmişdir. Colvir sistemi ilə 540 min 349,46 manat maniqram qəbul edilmiş, 1 milyon 57 min 517 manat maniqram ödənişi həyata keçirilmişdir. Ay ərzində muxtar respublikaya 2904 ədəd, 21 min 20 kiloqram çəkidə bağlama daxil olmuş, 253 ədəd 1821 kiloqram çəkidə bağlama göndərilmişdir. Oktyabr ayı ərzində “Naxçıvanpoçt” MMC tərəfindən əhalidən abunə, şəhərlərarası danışıq haqları 210 min 733 manat, elektrik enerji haqqı 480 min 408 manat, qazdan istifadə haqqı 318 min 500 manat, sudan istifadə haqqı 1562 manat olmaqla, cəmi 1 milyon 11 min 203 manat vəsait toplanmışdır. Toplanan vəsaitin 129 min 979 manatı POS-terminal ödənişi vasitəsilə, 7 min 579 manatı onlayn qaydada ödənilmişdir.
Poçt-rabitə xidmətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində Şahbuz şəhərinin, Şərur rayonunun Diyadin, Culfa rayonunun Dizə, Qazançı, Babək rayonunun Güznüt kənd poçt bölmələrində kompüter dəstləri qurulmuşdur.
Muxtar respublikada yüksəkkeyfiyyətli televiziya və radio yayımlarının təşkili də diqqət mərkəzində saxlanılır. IP televiziya kanallarının keyfiyyətini yaxşılaşdırmaq üçün 8 yeni antena istismara verilmişdir. Həmçinin ok­tyabr ayının əvvəlində Ukraynanın “Kvant efir” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 13 azgüclü televiziya verici alınmış, onlardan 3-ü Şərur rayonunun Həmzəli, Culfa rayonunun Gal və Şurud kəndlərində qurularaq istismara verilmişdir.
Televiziya və radioların müasir texnoloji avadanlıqlarla təmin olunması, kadr potensialının yaxşılaşdırılması günlə səsləşən, aktual teleradio məhsullarının hazırlanmasına şərait yaradır. Oktyabr ayı ərzində “Kanal-35” televiziyasında 51 videomaterial ilk dəfə efirə təqdim olunmuşdur. Onlardan 10-u dublyaj redaksiyasında hazırlanmış və 4 film isə tərcümə olunmuşdur. Ümumilikdə, ötən ay ərzində dublyaj olunmuş 157 film tamaşaçılara təqdim edilmişdir.
Ay ərzində Efirə nəzarət və radiotezliklərin qeydiyyatı şöbəsi tərəfindən radio-televiziya və mobil operator və digər müəssisələrlə bağlanmış müqavilələrə əsasən, muxtar respublika ərazisində radio-rabitə vasitələrinin istismarına görə nazirliyin büdcəsinə 42 min 923 manat pul vəsaiti daxil olmuşdur. Genişzolaqlı və sürətli internet şəbəkəsinin yaradılması muxtar respublikada internet istifadəçilərinin sayının artmasına da səbəb olmuşdur. Belə ki, ötən ay ərzində 511 abunəçi genişzolaqlı internetə qoşulmuşdur. Üzərində Naxçıvan şəhərinin təsvirləri olan 40 min ədəd internet kartı sifarişlə hazırlanaraq tədavülə buraxılmışdır.
Rabitə və yeni texnologiyaların inkişafını təmin etmək məqsədilə görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

 

Mənbə: Naxçıvan MR RYTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ