ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

10.07.2014

I yarımilin yekunları müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən kollegiya iclasında 2014-cü ilin birinci yarımili ərzində görülmüş işlərlə bağlı nazir Rövşən Məmmədov məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanının icrası cari ilin birinci yarım­ilində də davam etdirilmiş, “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində rabitə, genişzolaqlı internet xidmət haqları, elektrik enerjisi və qaz haqlarının ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda onlayn qeydiyyatdan keçməsi avtomatlaşdırılmış və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür.

Bundan əlavə, muxtar respublikada “Elektron imza”nın tətbiqinə başlanılmış, bunun üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında elektron imzanın sertifikat mərkəzi yaradılmış, mərkəz lazımi texniki avadanlıqlarla təmin edilmişdir.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəl­bi üzrə Dövlət Pro­qra­mı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar distant tədrisin təşkili məqsədilə Çin Xalq Respublikasının “Huawei” şirkətinin təqdim etdiyi 25 şagird yerlik distant təhsil sistemi Naxçıvana gətirilmiş, yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın müvafiq bəndinin icrasının təmin edilməsi məqsədilə əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatların işaxtaranlara çatdırılması üçün www.isaxtar.nmr.az adlı internet saytı yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Tədbirlər Planı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilmiş 200 ədəd buklet, 5 min ədəd poçt markası və 20 min ədəd zərf hazırlanaraq tədavülə buraxılmış, Tədbirlər Planında nəzərdə tutulan www.90il.nmr.az  adlı internet saytı hazırlanmışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının telekommunikasiya şəbəkəsinin 3-cü nəsil telefon sisteminə keçirilməsi ilə bağlı 5 mərhələdən ibarət layihənin Babək və Şahbuz rayonlarını əhatə edən üçüncü mərhələsinin icrası üçün yeni nəsil telekommunikasiya avadanlığının montaj və quraşdırma işləri başa çatdırılmış, cari ilin fevral ayının 11-də Şahbuz şəhərində Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilmişdir. Şahbuz və Babək rayonlarını əhatə edən Yeni Nə­sil Telekommunikasiya Sistemi 13 min 952 abunəçi tutumlu 38 ədəd üçün­cü nəsil telefon stansiyalarından ibarətdir.

“Naxtel” simsiz telefon şəbəkəsinin əhatəsinin genişləndirilməsi məqsədilə 5 yeni baza stansiyası istifadəyə verilmiş, Naxçıvan şəhərində EV-DO texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti təşkil edilmişdir”, – deyən nazir əlavə etmişdir ki, “Naxtel” üzərindən qısa mesaj (SMS) xidmətinin göstərilməsi üçün avadanlıqlar qurulmuş, digər mobil operatorlarla SMS mübadiləsi təmin edilmişdir. Bundan əlavə, “Naxtel”in Toplu SMS xidməti mərkəzi də yaradılmışdır.

Ötən ilin mart ayından etibarən başlayan və ümumi uzunluğu 240 kilometr olan Ordubad-Sədərək alternativ fiber-optik kabel magistral xəttinin tikintisində son tamamlama işləri görülür.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ