ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

01.06.2014

“Naxtel”in SMS xidməti yaradılıb

Muxtar respublika sakinlərinə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək, müasir texnologiyalara əsaslanan xidmət növlərini tətbiq etmək istiqamətində həyata keçirilən tədbirlər son illər bu sahədə öz bəhrələrini verib. 

Muxtar respublikada bu istiqamətdə daha bir addım atılıb. Belə ki, muxtar respublikada şəbəkədaxili və şəbəkədənkənar sms qəbulunu və göndərilməsini həyata keçirən “Naxtel” mobil operatorunun sms xidməti yaradılıb. Bundan əlavə “Naxtel”in toplu sms xidməti mərkəzi də fəaliyyətə başlayıb.

“Naxtel” simsiz rabitə şəbəkəsinin əhatəsinin genişləndirilməsi məqsədilə 5 yeni baza stansiyası qurulub, simsiz internetin sürətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Naxçıvan şəhərində “Naxtel” şəbəkəsi üzərindən EV-DO texnologiyası əsasında hər bir abunəçiyə 3.1 mb/s sürətində internet xidməti təşkil edilib.

Qeyd edək ki, 2007-ci ilin mart ayından etibarən muxtar respublika ərazisində fəaliyyətə başlayan “Naxtel” CDMA simsiz rabitə texnologiyasına əsaslanan simsiz mobil operatordur. “Naxtel” operatoru hazır­da 27 baza stansiyası ilə muxtar respublikanın yaşayış ərazilərinin 85 faizini əhatə edir, həmçinin əhatə dairəsində simsiz internet xidməti göstərir. “Naxtel” şəbəkəsi çoxfunksiyalıdır, mobil telefonlarla yanaşı, stasionar telefon xidmətlərini də həyata keçirir.

Müxtəlif funksiyaları yerinə yetirən toplu SMS-in üstünlükləri də çoxdur.

Xüsusilə xərc, təsir, hesabatlama üstünlükləri müştəriləri qane edəcək səviyyədədir. Kooperativlər, istehsal, nəqliyyat, turizm, sığorta, sağlamlıq, avtomobil, pərakəndə, maliyyə, əyləncə, təhsil və paylama sektorları başda olmaqla toplu SMS-dən bir çox sahədə istifadə edilə bilər.

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ