ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

14.04.2014

Muxtar respublika sakinləri artıq elektrik enerjisi və qaz haqlarını da internet üzərindən ödəyə bilərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında növbəti elektron ödənişli xidmətlər istifadəyə verilib. 

Yeni xidmətlərə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin və “Naxçıvanqaz” İstehsalat Birliyinin əhaliyə satdığı enerji və qaz haqlarının elektron formada ödənilməsi daxildir. Nazirliyin mütəxəssisləri tərəfindən hər iki müəssisənin elektron bazası formalaşdırılaraq avtomatlaşdırılıb. Bundan sonra muxtar respublika əhalisi artıq elektrik enerjisinə və qaza görə borclarını öyrənə və real vaxt rejimində plastik kartlar vasitəsilə internet üzərindən ödəyə bilərlər. Bu sistem abunəçilərin onlayn rejimdə çevik ödəmə prosesini həyata keçirməyə imkan verir. Bunun üçün abunəçilər www.e-hokumet.nmr.az  saytına daxil olaraq onlayın ödənişlər bölməsindən həmin xidməti seçib, əgər varsa ev telefonunun nömrəsini, yoxdursa onlara verilmiş 9 rəqəmli kodu yazaraq ödəniş edə bilərlər.

Qeyd edək ki, “Elektron hökumət” portalı üzərində ilk onlayn rejimdə ödənişlərə 2013-cü ilin sentyabr ayından rabitə xidmət haqlarının ödənilməsi və genişzolaqlı internet xidmətlərinin balansının artırılması ilə başlayıb.

Nəzərə alsaq ki, yaşadığımız həyatın artan tələblərini təmin etmək üçün müasir dövrdə vaxt çox məhduddur və buna görə də ondan maksimum qənaətlə istifadə etməyə çalışırıq. Bu amil sürətlə inkişaf edən elektron ödəmə sistemlərinin qurulmasını və ondan istifadəni qaçılmaz edir, eyni zamanda bu sahənin yüksələn xətlə inkişafına imkan yaradır. Elektron pulköçürmə sistemləri onlayn ödəməni günün istənilən vaxtında həyata keçirməyə imkan verir.



 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ