ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

31.03.2014

Muxtar respublikanın yaşayış məntəqələrinin 94 faizi rəqəmsal yayımla təmin edilib

Muxtar respublikada diqqət mərkəzində saxlanılan məsələlərdən biri də keyfiyyətli televiziya yayımının təşkilidir. Naxçıvanda DVB-T (Digital Video Broadcasting-Terrestrial - Yerüstü Rəqəmli Video Yayım) standartına uyğun olaraq 2012-ci ilin mart ayından etibarən rəqəmsal yayıma başlanılıb. Hazırda muxtar respublikanın yaşayış məntəqlərinin 94 faizində sosial paketdə olan 12 televiziya kanalı (NTV, AzTV, İTV, Lider TV, Kanal- 35, Space TV, ANS TV, ATV, Xəzər TV, ATV int (CBS), Mədəniyyət və İdman Azərbaycan) rəqəmsal formatda yayımı təmin edilib.

Bunun üçün 7 güclü və 30 azgüclü televiziya vericisi və rəqəmli TV siqnalları formalaşdıran baş stansiya istifadəyə verilib. Cari ilin iyul ayınadək daha 19 vericinin dağlıq ərazilərdəki yaşayış məntəqələrində qurulması planlaşdırılıb. Bu mərhələ başa çatdıqadan sonra muxtar respublikanın bütün yaşayış məntəqələri yüksək keyfiyyətli rəqəmli televiziya yayımı ilə təmin ediləcək.

Hazırda istifadə olunan anoloq televizorların rəqəmsal yayımı qəbul etməsi üçün xüsusi “set-top-box” qurğularını əhalinin asan əldə edə bilməsi üçün nazirlik tərəfindən muxtar respublikanın bütün mərkəzi poçt şöbələrində satışı təşkil edilmişdir.

Qeyd edək ki, rəqəmli televiziyanın yayımının analoq televiziyadan əsas üstünlüyü bir tezlik kanalında 10 və daha çox TV proqramlarının yüksək keyfiyyətlə yayım imkanlarının olmasıdır ki, bu da ölkənin istənilən ərazisində mərkəzdə yayımlanan TV proqramların yüksək keyfiyyətlə qəbul olunmasına imkan yaradır. DVB-T standartlı rəqəmli televiziya yayımının digər üstünlükləri təsvir və səs siqnallarının kənar maneələrə qarşı davamlı olması, digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimum olması, proqramların sayının xeyli artırılması və vericilərin gücünün daha aşağı olmasıdır.

Xatırladaq ki, DVB-T standartını dəstəkləyən televizorlar rəqəmsal yayımı bir başa qəbul edir və əlavə hec bir qurğuya ehtiyac qalmır. Ona görə muxtar respublika sakinlərinə tövsiyə olunur ki, yeni televizor alarkən onun rəqəmsal yayımı dəstəkləməsinə diqqət yetirsinlər.

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ