ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

22.02.2014

Naxçıvanda “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi yaradılmışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncamının, eləcə də bununla bağlı qəbul olunan dövlət proqramlarının icrası nəticəsində ölkəmiz kosmik sənaye sahəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”in orbitə buraxılması isə ölkəmizin dünya kosmik məkanına inteqrasiyasını təmin etmişdir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvanda “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi yaradılmışdır.

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov məlumat vermişdir ki, idarəetmə mərkəzi üçün ərazidə yeni inzibati bina tikilmiş və idarəetmə antenası quraşdırılmışdır. Binada sistem, idarəetmə və elektrik otaqları, eləcə də mətbəx və istirahət otağı istifadəyə verilmişdir. Sistem və idarəetmə otaqlarında ən müasir avadanlıqlar quraşdırılmış, işçilərin fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Binada təhlükəsizlik tədbirlərinə tam əməl edilmiş, yanğından avtomatik mühafizə sistemi və videomüşahidə kameraları quraşdırılmışdır. Əsas idarəetmə mərkəzində yaranan hər hansı texniki nasazlıq zamanı idarəetmə avtomatik olaraq Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinə ötürülür. Bu da “Azər­space-1” peykinin kəsintisiz idarə və istismar olunmasına imkan verir.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin Naxçıvanda yaradılması muxtar respublika üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, idarəetmə mərkəzi muxtar respublikada informasiya təhlükəsizliyinin təmin edilməsi, elmtutumlu yeni layihələrin icrası, keyfiyyətli teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, eləcə də elektron hökumətin formalaşdırılması prosesini xeyli sürətləndirəcəkdir.

Binanın həyətində də abadlıq işləri aparılmış, transformator yarımstansiyaları və generator quraşdırılmış, yaşıllıqlar salınmış, işıqlandırma sistemi qurulmuş və ərazinin mühafizəsi təmin edilmişdir.

Ali Məclisin Sədri idarəetmə mərkəzinin muxtar respublikada dayanıqlı rabitə xidmətlərinin göstərilməsində və telekommunikasiya infrastrukturunun inkişafında mühüm əhəmiyyətə malik olacağını bildirmiş, yerli mütəxəssislərin yetişdirilməsi və təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması barədə tapşı­rıqlar vermişdir.


 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ