ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

12.02.2014

Kollegiya iclası keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2013-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında nazir Rövşən Məmmədov məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün http://e-hokumet.nmr.az domen adlı “Elektron hökumət” portalı yaradılmışdır. “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində rabitə xidmətləri və genişzolaqlı internet xidmət haqlarının ödənilməsi ilə bağlı müvafiq infrastruktur yaradılmış, istifadəçilərin portalda real vaxt rejimində qeydiyyatdan keçməsi üçün İAMAS sisteminə qoşulma və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür.

2013-cü ilin noyabr ayından “Naxçıvanpoçt” MMC tam olaraq fəaliyyətə başlamış, ötən ilin dekabr ayı ərzində 750 min manatdan artıq kommunal xidmət haqlarının poçt müəssisələri tərəfindən yığılması təmin edilmişdir. Bundan əlavə, şəhər və rayon mərkəzi poçt şöbələrində kommunal xidmət haqlarının bank kartları vasitəsilə ödənişi üçün 8 ədəd POS-terminal qurulmuş, növbəti mərhələdə iri yaşayış məntəqələrindəki poçtlarda POS-terminalların quraşdırılması nəzərdə tutulmuşdur.

Vurğulanmışdır ki, 2013-cü ilin aprel ayında muxtar respublikanın daxili telekommunikasiya şəbəkəsinin alternativliyinin təmin edilməsi məqsədilə  daha bir mühüm layihənin icrasına – şəhər və rayon mərkəzi avtomat telefon stansiyalarına çıxış verilməklə Ordubad-Sədərək fiber-optik kabel magistralının tikintisinə başlanmışdır. Ümumi uzunluğu 240 kilometrə yaxın olan yeni fiber-optik kabel xəttinin tikintisinin bu ilin I rübündə başa çatdırılması nəzərdə tutulur. Ümumilikdə, 2013-cü il ərzində 274 kilometrdən artıq  optik kabel xətlərinin tikintisi həyata keçirilmişdir. Hazırda muxtar respublika üzrə fiber-optik telekommunikasiya xətlərinin  ümumi uzunluğu 932 kilometrə çatdırılmışdır.Bundan əlavə yeni istifadəyə verilən kənd mərkəzlərində poçt bölmələri, avtomat telefon stansiyaları üçün otaqlar ayrılmış, ümumilikdə 2013-cü il ərzində 27 avtomat telefon stansiyası və 22 poçt bölməsi yeni binalarda fəaliyyətə başlamışdır. Avtomat telefon stansiyalardan 18-i yeni qurulmuş, poçt bölmələrindən isə 15-i yeni açılmışdır.

Muxtar respublikanın yaşayış  məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkil edilməsi tədbirləri 2013-cü ildə də davam etdirilmişdir. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 91 faizində genişzolaqlı internet xidmətləri göstərilir. 

Ötən ilin fevral ayından başlaya­raq muxtar respublikaya daxil  olan internet kanalının sürəti 1 Gb/s-dək artırılmış, aprel ayının 1-dən isə muxtar respublikada genişzolaqlı internet xidmətlərinin tarifləri orta hesabla 40 faiz aşağı salınmışdır.
Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 75 faizində rəqəmsal televiziya yayımı təmin edilmişdir. Bağlanmış müqaviləyə əsasən, bu ilin iyun ayına kimi bütün yaşayış məntəqələrində 12 kanallı sosial paketin yayımının başa çatdırılması nəzərdə tutulur.

“Hazırda muxtar respublika üzrə istismar edilən 146 avtomat telefon stansiyasının 80-i yeni nəsil telefon stansiyalarının payına düşür”, – deyən nazir bildirmişdir ki, üçüncü mərhələnin başa çatması ilə yeni nəsil telefon şəbəkəsi üzrə abunəçilərin sayı ümumi sabit telefon abunəçilərinin 65 faizini təşkil edir.

Bildirilmişdir ki, nazirliyin mütəxəssislərinin əməli dəstəyi və köməyi ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika kitabxanasının, Naxçıvan Dövlət Universitetinin kitabxanasının bazalarında elektron kitabxana, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvanşünaslıq” Mərkəzi və AMEA-nın Naxçıvan Bölməsi  üçün isə elektron kitabxana və elektron arxiv sistemi, məhdud fiziki imkanlıların İnformasiya Mərkəzi üçün audio kitabxana və elektron kitabxana, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üçün  dövlət qulluğuna qəbul üzrə test-imtahan prosesinin avtomatlaşdırılması işi başa çatdırılmışdır.

Nazir həmçinin qeyd etmişdir ki, nazirliyinin ünvanına il ərzində  161,5 ton çəkidə bağlama daxil olmuş,  21,2 ton çəkidə bağlama göndərilmişdir.  Ümumilikdə muxtar respublikaya 217,7 ton çəkidə poçt göndərişi və bağlamalar daxil olmuşdur.

İl ərzində ümumi sayı  altmış min ədəd olan 5 növ marka və ümumu sayı  yüz min ədəd olan 4 növ zərf sifarişlə hazırlanaraq tədavülə buraxılmışdır.

Kollegiya iclasında işdə buraxılan nöqsan və çatışmazlıqlar da təhlil edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. 

Sonra gündəlikdə duran məslələrlə əlaqədar çıxışlar olmuşdur.


 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ