ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

11.02.2014

Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilmişdir

Fevralın 11-də Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası və Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açılış mərasimində iştirak etmişlər.

Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirmişdir ki, son illər muxtar respublikada rabitə və informasiya texnologiyaları sahəsində mühüm tədbirlər həyata keçirilmiş, informasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni mərhələyə yüksəlmişdir. Hazırda muxtar respublikada bu sahədə beynəlxalq təcrübəyə və qabaqcıl texnologiyalara əsaslanan fəaliyyət sayəsində müsbət nəticələr əldə edilmiş, ən müasir standartlara uyğun telekommunikasiya infrastrukturu formalaşmışdır. Yaşayış məntəqələrində fiber-optik kabel xətlərinin tikintisi aparılmış, Naxçıvan şəhərində evədək optika layihəsinin icrasına başlanılmış, muxtar respublikaya daxil olan internet kanalının sürəti artırılmışdır. Son illərdə bu sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verən Rövşən Məmmədov göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir. 

Çin Xalq Respublikasının “Huawei” şirkətinin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionları üzrə prezidenti Sun Ming Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni olan Naxçıvanda ilk dəfə olduğunu və bundan məmnunluğunu ifadə edərək demişdir ki, bu gün Azərbaycanda  informasiya-kommunikasiya texnologiyaları ölkə iqtisadiyyatının bütün sahələrinə uğurla tətbiq edilir. Artıq Azərbaycan dünyada həm də informasiya-kommunikasiya texnologiyaları ölkəsi kimi  tanınır. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı prioritet təşkil edir. 2002-ci ildən etibarən “Huawei” şirkəti ilə muxtar respublika arasında əməkdaşlıq başlanmış, informasiya texnologiyaları sahəsində bir sıra layihələr icra olunmuşdur. 

Sun Ming uğurlu əməkdaşlığa görə “Huawei” şirkətinin idarə heyəti adından minnətdarlığını bildirmiş və şirkətin məhdud fiziki imkanlı uşaqların təhsil almasına köməklik məqsədilə hazırladığı “Elektron təhsil” sistemini muxtar respublikaya hədiyyə etmişdir. 

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tədbirdə çıxış edərək demişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən rabitə və informasiya texnologiyalarının inkişafına hərtərəfli qayğı göstərilir. Artıq Azərbaycanın ümumdünya elektron məkanına inteqrasiyası təmin edilmiş, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan iqtisadiyyatın təşəkkülü istiqamətində mühüm addımlar atılmışdır. Həmçinin bu siyasət  ölkəmizdə informasiya cəmiyyətinin inkişafına, milli informasiya və kommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsinə səbəb olmuşdur. 

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş, ötən il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır. Bu gün Azərbaycan regionda informasiya texnologiyaları xidmətlərinin ixracatçısına çevrilmişdir. Rabitə və informasiya texnologiyaları sahəsində görülən işlər qədim tarixə malik olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Hazır­da muxtar respublika ən müasir informasiya-kommunikasiya texnologiyaları infra­strukturuna malikdir. Əli Abbasov bu sahədə əldə olunan nailiyyətləri muxtar respublikanın sosial-iqtisadi inkişafının tərkib hissəsi kimi dəyərləndirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayonunda Rabitə İdarəsinin yeni binasının və Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyasının istifadəyə verilməsi nəticəsində rayonda 3500-dən artıq abonentə müasir tələblər səviyyəsində telekommunikasiya xidmətlərinin göstəriləcəyini bildirmiş, bu münasibətlə kollektivi və istifadəçiləri təbrik edərək demişdir: “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kom­munikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilmişdir. Həmin strategiyada nəzərdə tutulmuş vəzifələrin icrası üçün 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramları qəbul olunmuş, bu sahədə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan kosmik sənaye ölkəsinə çevrilmişdir”. 

Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə informasiya texnologiyalarının inkişafı sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasını da əhatə etmişdir. Bu gün blokada şəraitində yaşayan muxtar respublikada telekommunikasiya sahəsində ən müasir sistemlər tətbiq olunur. 2006-cı ildən etibarən muxtar respublikada optik şəbəkələrin qurulmasına başlanmışdır. Artıq istismar olunan 146 avtomat telefon stansiyasından 136-sı optik arabağlantılarla təmin edilmiş, optik xətlərin ümumi uzunluğu 932 kilometrə çatdırılmışdır. Həmçinin muxtar respublikada istifadə olunan avtomat telefon stansiyalarının 80-i Yeni Nəsil Texnologiyaları əsasında fəaliyyət göstərir. Bu gün Şahbuz rayonunda istifadəyə verilən Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası da uzun müddət istifadəçilərə keyfiyyətli telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər xidmətlər göstərilməsinə imkan verəcəkdir”.

“Sürətli informasiya mübadiləsi inkişafın başlıca şərtlərindən biridir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, bu sahədə yeni layihələr icra olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspace-1”in ehtiyat idarəetmə mərkəzi məhz Naxçıvan Muxtar Respublikası ərazisində qurulmuş və fəaliyyəti təmin edilmişdir. 

Ali Məclisin Sədri muxtar respublikada telekommunikasiya sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, qarşı­lıqlı əməkdaşlığa və göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Çin Xalq Respublikasının “Huawei” şirkətinə təşəkkürünü bildirmişdir. 

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Çin Xalq Respublikasının “Huawei” şirkətinin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionları üzrə prezidenti Sun Ming binanın açılışını bildirən lenti kəsmişlər. 

İki mərtəbədən ibarət olan binada ən müasir rabitə və poçt avadanlıqları quraşdırılmış, ATS, poçt, mühasibatlıq, mühəndis otaqları və elektron köşk istifadəyə verilmişdir. İş otaqlarında rabitəçilərin normal fəaliyyəti, əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır. 

Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov Şahbuz rayonunda istifadəyə verilən Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası barədə məlumat vermişdir. 

Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarından 93,2 faizi optik arabağlantılarla təmin edilmişdir. Optik şəbəkə qurulandan sonra Yeni Nəsil Telekommunikasiya Sisteminin tətbiqi üçün imkan yaranmış, 2010-cu ildən muxtar respublikada mərhələlərlə yeni nəsil texnologiyanın (NGN) tətbiqinə başlanmışdır. Hazırda Şahbuz rayonu üzrə 19 avtomat telefon stansiyası və 17 poçt bölməsi fəaliyyət göstərir. Şahbuz və Babək rayonlarını əhatə edən Yeni Nəsil Telekommunikasiya Sistemi abunəçilərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və çox sayda əlavə xidmətlərin göstərilməsinə imkan verəcəkdir. 

ATS otağına baxış zamanı Şahbuz və Şərur rayonları arasında videotelefon bağlantısı qurulmuşdur. 

Binada “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şahbuz rayon filialı üçün də əlverişli iş və xidmət şəraiti yaradılmışdır. Burada teleqramların, məktub və baratların, bağlamaların qəbul edilib ünvanlara yola salınması, qəzet və jurnalların çeşidlənib abunəçilərə çatdırılması, kommunal xidmət haqlarının yığılması və digər bank-maliyyə xidmətlərinin göstərilməsi təmin edilmişdir.

Binanın foyesində quraşdırılan yeni elektron köşk görüntülü telefon və internet danışıqlarının həyata keçirilməsinə, rabitə və internet xidməti haqlarının ödənilməsinə imkan verəcəkdir. 

Binanın həyətində də abadlıq işləri aparılmış və yaşıllıqlar salınmışdır.


 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ