ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

29.10.2013

Naxçıvan rabitəsi NGN texnologiyası əsasında qurulur

Naxçıvan Muxtar Respublikasında dövlətin himayəsi ilə bütün sahələrdə olduğu kimi informasiya və kommunikasiya texnologiyaları sektoru da sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, hazırda əhalinin nəinki telefon rabitəsi, hətta bütün multimedia və informasiya texnologiyalarına çıxışı təmin olunmaqdadır. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müasir texnologiyaların tədbiqi və milli rabitəmizin yeni texnologiyalar əsasında qurulması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə aparılan işlərin davamı olaraq Naxçıvanın telekommunikasiya şəbəkəsi yeni nəsil NGN (Next Generation Networking) texnologiyası əsasında yenidən qurulur.

Muxtar respublika ərazisində Yeni Nəsil Telekommunikasiya Sisteminə keçid 4 mərhələdə həyata keçirilir. Artıq 3-cü mərhələnin icrası ilə əlaqədar Şahbuz və Babək rayonlarında da yeni texnologiyaların tədbiqinə başlanılıb. Şahbuz və Babək rayonlarında qurulacaq yeni sistem üçün avadanlıqlar Naxçıvana gətirilib, hazırda montaj-tənzimləmə işləri həyata keçirilir. Cari ilin sonuna kimi işlərin başa çatdırılması və sistemin istifadəyə verilməsi nəzərdə tutulur.

Şahbuz rayonu ərazisində mövcud olan avtomat telefon stansiyaları tamamilə, Babək rayonunun isə qalan əraziləri yeni NGN avtomat telefon stansiyaları ilə əvəz ediləcək. Şahbuz şəhərində 1536, Qarababa 512, Kolanı, Sələsüz, Keçili kəndlərinin hər birində 384, Kulus, Kükü, Biçənək kəndlərində 288, Badamlı qəsəbə, Şahbuzkənd, Qızıl Qışlaq, Nursu, Ağbulaq kəndlərində 256, Aşağı Qışlaq kəndində 320, Yuxarı Qışlaq kəndində isə 192 nömrə tutumlu yeni nəsil telekommunikasiya sistemi qurulacaq.

Bundan başqa Babək rayonunun Cəhri kəndində 1024, Şıxmahmud, Qahab, Kərimbəyli kəndlərinin hər birində 512,  Sirab kəndində 448, Zeynəddin kəndində 416, Kültəpə, Uzunoba, Didivar kəndlərində 384, Vayxır, Xalxal, Xəlili, Nəzərabad, Məmmədrzadizə kəndlərində 256, Məzrə 320, Buzqov 288, Payız kəndində isə 128 nömrə tutumlu yeni avtomat telefon stansiyaları quraşdırılacaq. NGN texnologiyasının tədbiqindən sonra ADSL internet portlarının sayını istənilən qədər artırmaq mümkün olacaq ki, bu da region abunəçiləri üçün daha keyfiyyətli, daha təhlükəsiz rabitə xidməti ilə yanaşı genişzolaqlı internetdən istifadəyə geniş imkan yaradacaq.

Yuxarıda göstərilən yeni nəsil telekommunikasiya sistemi isifadəçilərə İP-TV, video-telefon, internetə sürətli qoşulma ilə yanaşı, çoxlu sayda servis xidmətlərindən istifadə etmək imkanı verir. Bura çıxış və giriş zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, birbaşa və cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, daxili telefon xidməti və s. xidmətlər aiddir.

Qeyd edək ki, bu sistem 2010-cu ili may ayınadan başlayaraq Naxçıvan şəhəri, Babək qəsəbəsi,  Nehrəm və Yarımca kəndlərində, 2012-ci il mart ayından isə Şərur və Sədərək rayonlarında istismar olunur.


 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ