ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

09.10.2013

Muxtar respublikada müasir informasiya texnologiyalarına əsaslanan poçt sistemi qurulmuşdur

Azərbaycan 1993-cü ildə Ümumdünya Poçt İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Həmin tarixdən etibarən oktyabrın 9-u ölkəmizdə də “Ümumdünya Poçt Günü” kimi qeyd olunur.

Ölkəmizdə rabitə və informasiya texnologiyalarının inkişafının əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərliyi ilə ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, rabitə sahəsində də əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra isə ümummilli liderimizin qayğısı nəticəsində poçt sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə 1997-ci ilin mart ayında poçt rabitəsinin “Dirçəliş və inkişaf proqramı” qəbul olunmuş, həmin ilin dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilmişdir. Ulu öndər 2003-cü il fevralın 17-də isə “Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır.

Poçt rabitəsinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu gün də dövlətimizin diqqət mərkəzindədir. Dövlət başçısının 2004-cü il 29 iyun tarixli Sərəncamı ilə “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu sahənin qanunvericilik bazasını gücləndirmişdir. Bu gün ölkəmizdə bütün poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşdirilməsi, texniki avadanlıqlarla tam təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına təminat verir. Artıq Azərbaycan poçtu dünya poçt sisteminə inteqrasiya yolunda uğurlu addımlar atmaqdadır.

Muxtar respublikada ilk poçt ekspedisiyası 1828-ci ildə yaradılmış, 1864-cü ildə Tiflis-Naxçıvan teleqraf xətti çəkilmişdir. 1918-ci ildə Naxçıvan şəhərində ilk poçt kontoru açılmış, 1927-ci ildə isə Ordubad, Culfa, Şərur poçt-teleqraf şəbəkələri və Naxçıvan şəhərində Poçt-Teleqraf Agentliyi yaradılmışdır.

Bu gün muxtar respublikada  informasiya texnologiyalarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, Naxçıvan rabitəsi sürətli inkişaf dövrünü yaşayır. Bu, poçt rabitəsinin inkişafında da müşahidə olunur. Son illər poçt xidmətlərinin keyfiyyəti xeyli dərəcədə yüksəldilmiş, poçt rabitəsinin texniki imkanları genişləndirilmişdir.

İnformasiya texnologiyalarının tətbiqi poçt sahəsində ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmət növlərinin də göstərilməsini zərurətə çevirmişdir. Belə ki, ölkəmizdə həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi müasir informasiya texnologiyalarının tətbiqinə, poçt sisteminin yenidən qurulmasına, qeyri-ənənəvi və yenitipli elektron xidmətlərin göstərilməsinə şərait yaratmışdır. Layihəyə uyğun olaraq, muxtar respublikada 88 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş, qurulan kompüterlər lazımi proqram təminatı ilə təchiz edilmiş, əməliyyatların emalı və idarə edilməsi üçün məlumat hesablama mərkəzi yaradılmışdır. Yeni xidmətlərin göstərilməsi üçün poçt əməliyyatçılarına, energetika, qaz və su təsərrüfatı müəssisələrinin işçilərinə kurslar təşkil edilmiş, kursdan müvəffəqiyyətlə keçənlərə sertifikatlar verilmişdir. 2013-cü ilin iyul ayının 1-dən etibarən Naxçıvan şəhərində, oktyabr ayının 1-dən isə rayon mərkəzlərində kommunal xidmət haqlarının poçt məntəqələrində yığılmasına başlanılmışdır. Həmçinin poçt məntəqələri vasitəsilə kənd yerlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi və müştərilərə genişhəcmli xidmətlər göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir.

Muxtar respublikada poçt sahəsinin müasir tələblər səviyyəsində qurulması sahəsində görülən işlər bu sistemin maddi-texniki bazasının gücləndirilməsi ilə məhdudlaşmır. Poçt orqanlarının fəaliyyətinin genişləndirilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmişdir. Həmin sərəncama əsasən, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnaməsi və ştat strukturu təsdiq edilmişdir.

Muxtar respublikanın poçt şöbələrində beynəlxalq və ölkədaxili pul baratlarının göndərilməsi və qəbulu tamamilə kompüter vasitəsilə həyata keçirilir. Bununla yanaşı, internet üzərindən rabitə xidməti haqlarının ödənilməsi təşkil edilmişdir. Əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin daha da yüksək səviyyədə təşkil edilməsi üçün muxtar respublikada teleqram və maniqramların göndərişi və qəbulu da təkmilləşdirilmiş, bu xidmətlər “Colvir” sistemi üzərinə köçürülmüş, əməliyyatçılara sistem üzrə kurslar keçirilmişdir.

Poçt rabitəsinin müasirləşdirilməsi, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edir. Muxtar respublikanın kəndlərində kompleks quruculuq işləri aparılarkən rabitə xətləri də yenilənir, kənd mərkəzlərində müasir rabitə evləri yaradılır, poçt xidməti təkmilləşdirilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisində son 10 ildə 64 yeni poçt bölməsi fəaliyyətə başlamış, mövcud poçt bölmə və şöbələrinin 106-sı yeni binalara köçürülmüşdür. Görülən işlərin nəticəsidir ki, bu ilin ötən 9 ayında muxtar respublika poçt şəbəkələrinin ünvanına 102 min 275 kiloqram çəkidə bağlama daxil olmuş, 15 min 417 kiloqram çəkidə bağlama göndərilmişdir. Pul baratlarının ödənişi 8 milyon 453 min 710 manat, qəbulu 4 milyon 940 min 845 manat təşkil etmişdir.

Poçt xidmətinin həcminin artırılması ilə əlaqədar olaraq, beynəlxalq poçtdaşıma işlərinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Muxtar respublika ərazisində beynəlxalq poçtdaşımaları həyata keçirmək üçün “Express Mail Servis”, DHL beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir ki, bu da məktubların, sənədlərin və malların ən qısa zamanda göstərilən ünvana etibarlı çatdırılmasını təmin edir, göndərişlərin hansı məntəqədə olduğunu internet üzərindən izlənməsinə imkan verir.

Muxtar respublikanın poçt işçiləri bundan sonra da səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə edərək muxtar respublika sakinlərinə yeni və daha keyfiyyətli xidmət göstərəcəklər.


 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ