ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

17.09.2013

“Elektron hökumət” portalında onlayn ödənişlərin tətbiqinə başlanıldı

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində internet üzərindən elektron ödəniş sisteminin tətbiqinə başlanılması ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə nazir Rövşən Məmmədov açaraq bildirib ki, yaşadığımız həyatın artan tələblərini təmin etmək üçün müasir dövrdə vaxt çox məhduddur və buna görə də ondan maksimum qənaətlə istifadə etməyə çalışırıq. Bu amil sürətlə inkişaf edən elektron ödəmə sistemlərinin qurulmasını və ondan istifadəni qaçılmaz edir, eyni zamanda bu sahənin yüksələn xətlə inkişafına imkan yaradır. Elektron pulköçürmə sistemləri onlayn ödəməni günün istənilən vaxtında həyata keçirməyə imkan verir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanından, 2012-ci il dekabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında “Elektron hökumət” layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında elektron xidmət vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyi tam təmin edilərək ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin tətbiqinə başlanılıb. Bu, muxtar respublikada informasiya texnologiyalarının inkişafı istiqamətində böyük addımlardan biridir. “Elektron hökumət” portalındakı ilk elektron ödənişlər nazirliyin elektron xidmətlərinə daxil edilən rabitə xidmət haqlarının ödənilməsi və genişzolaqlı internet istifadəçilərinin balanslarının artırılması xidmətləridir. Bu sistem abunəçilərin onlayn rejimdə çevik ödəmə prosesini həyata keçirməyə imkan verir. Bunun üçün abunəçilər www.e-hokumet.nmr.az saytına daxil olaraq rabitə xidməti haqlarını ödəyə və ADSL istifadəçiləri balanslarını onlayn artıra bilərlər.

Qeyd olunub ki, nazirlik “Golden pay” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bu müqaviləyə görə, ödənişləri həmin şirkət həyata keçirir.

Tədbirdə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədovun çıxışı olub. Vurğulanıb ki, bu sistemin tətbiqi böyük əhəmiyyət daşıyır. İstifadəçilərin sistemdən yüksək səviyyədə istifadəsini təmin etmək üçün maarifləndirmə tədbirləri diqqət mərkəzində saxlanmalıdır. Bu, insanların vaxtına qənaət olunması üçün başlıca vasitədir.

Sonra Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin şöbə müdiri Şahin İsmayılov elektron ödəniş sistemindən istifadə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ