ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

27.08.2013

Veb saytların idraə edilməsinə dair tədris kursu keçirilib

Müasir, çevik idarəetmənin təmin edilməsi, dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılması, birbaşa münasibətlərin minimuma endirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması hazırda qarşıya qoyulmuş əsas vəzifələrdən biridir.

Elektron xidmətlərin göstərilməsi üçün dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 22-27 avqust tarixlərində Naxçıvan Regional Peşə Tədris Mərkəzində  beş günlük veb saytların idarə edilməsi üçün tədris kursu keçirilib.

Dövlət qulluqçularının iştirak etdiyi tədris kursunda onlara veb saytlar haqqında məlumatlar, saytların idarə etmə panelindən istifadə qaydaları, admin panelin parametrlərinin tənzimlənməsi qaydaları, menuların, bölmələrin yaradılması, məlumatların sayta yerləşdirilməsi və ləğv edilməsi haqqında mulumatlar nəzəri və praktiki olaraq tədris olunub.

Sonda kursda iştirak edən dövləq qulluqçularının bilik səviyyələri yoxlanılmış, proqramı uğurla mənimsəyən iştirakçılara nazirlik tərəfindən sertifikat verilib.

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ