ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

23.05.2013

“İnformasiya təhlükəsizliyi problemləri” müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə AMEA Naxçıvan Bölməsində “İnformasiya təhlükəsizliyi problemləri” mövzusunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfransa sədrlik edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu elmi konfransın Azərbaycan Respublikası Prezidentinin 28 mart 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri olduğunu deyib. Ölkəmiz üçün 2013-cü ilin bir sıra hadisələrlə əlamətdar olduğunu qeyd edən bölmə sədri ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğu bu ildə Azərbaycanın süni peykinin orbitə buraxılmasının, əslində, ölkəmizdə Heydər Əliyev ideyalarının inamla həyata keçirilməsinin məntiqi nəticəsi olduğuna diqqət çəkib.

Qeyd olunub ki, informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı, həyatın bütün sahələrinə nüfuz etməsi eyni zamanda müəyyən təhlükələr də yaradır. Bu gün dünyada informasiya təhlükəsizliyi getdikcə daha çox aktuallıq qazanıb. Bunun əsas səbəbi isə həyatın bütün sahələrinin getdikcə informasiyalaşmasıdır. Bu gün inkişaf edən müstəqil və qüdrətli Azərbaycan artıq özünün nəinki ərzaq, enerji, ekoloji təhlükəsizliyinin, hətta informasiya təhlükəsizliyinin təmin edilməsinin qayğısına qalır, siyasi, iqtisadi maraqları ilə yanaşı, virtual-coğrafi maraqlarını da dönmədən müdafiə edir.


Konfransda Naxçıvan rabitəsinin keçdiyi tarixi inkişaf yolu haqqında videoçarx nümayiş etdirilib.


Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov əvvəlcə konfrans iştirakçıları adından muxtar respublikada elmin, təhsilin, informasiya texnologiyalarının inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq ifadə edib. Nazir vurğulayıb ki, Azərbaycanda digər sahələr kimi, rabitə sahəsinin inkişafı da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişaf strategiyası hələ sovetlər dönəmində ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Müstəqilliyin bərpasının ilk illərində ümummilli lider Heydər Əliyev İKT-nin inkişafını da diqqət mərkəzində saxlayıb. Ölkə iqtisadiyyatında ilk xarici investisiyalar da məhz telekommunikasiya sahəsinə yatırılıb. Ulu öndərin 2003-cü ildə təsdiq etdiyi Azərbaycan Respublikası naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya Azərbaycanda bu istiqamətdə dövlətin siyasətini, məqsəd və vəzifələrini, prioritetlərini və fəaliyyət istiqamətlərini müəyyən edən əsas sənəd olub.

 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İKT-ni prioritet sahə elan etməsi bu sahənin inkişafına hərtərəfli şərait yaradıb. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkə rəhbərinin informasiya texnologiyalarının inkişafına və tətbiqinə verdiyi önəmi bir daha nümayiş etdirir.


Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da İKT üzrə mühüm naliyyətlər əldə olunub.
Statistik məlumata görə, Naxçıvan Muxtar Respublikasında hər min nəfərə 229 kompyuter düşür, internet istifadəçilərinin sayı 344 mindən artıqdır ki, bu da əhalinin təxminən 80 faizini təşkil edir.


Vurğulanıb ki, elektron ticarətin, bank ödəniş sisteminin inkişaf edib qloballaşması ilə bərabər, transmilli kiber-cinayətkar qruplar üçün də geniş meydan yaranıb. Hər il dünya miqyasında bir milyondan artıq insan virtual cinayətlərin qurbanına çevrilir, bu itkilər yüz milyard dollarlarla ölçülür.
Belə bir şəraitdə informasiya məlumat mənbələrinin və şəbəkələrin etibarlı qorunması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan kiber-cinayətkarlıqla mübarizə ilə bağlı beynəlxalq konvensiyaya qoşulub. Azərbaycanda qəbul edilmiş “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlar, “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və digər hüquqi sənədlər bu sahədə hüquqi tənzimləməni həyata keçirir. Ölkənin virtual məkanda müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə ötən ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” daha bir mühüm Fərman imzalayıb.


Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov çıxış edərək Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsinin yaradılması, gələcəkdə bu sahədə çalışacaq ixtisaslı mütəxəssislərin yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.


Sonra konfrans öz işini elmi məruzələrlə davam etdirib.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ