ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

25.04.2013

 

Beynəlxalq seminar davam edir

“Ölkələr üzrə informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsini müəyyən etmək üçün Beynəlxalq Telekommunikasiya İttifaqında yeni indikatorlar yaradılıb. Hazırda yeni indikatorlar da nəzərdən keçirilir. İndikatorlardan 7-si “Elektron hökumət”lə bağlıdır. Hələlik, bununla bağlı statistik məlumatların toplanmasına başlanmayıb. Çünki bu indikatorlar çox yeni təsis edilib”.

Bu varədə Beynəlxalq Telekommunikasiya İttifaqının informasiya-kommunikasiya texnologiyaları üzrə Statistik göstəricilər və informasiyalar şöbəsinin rəhbəri Syuzan Telçer “Duzdağ” hotelində keçirilən “Beynəlxalq standartlara uyğun olaraq elektrorabitə/İKT indikatorlarının unifikasiyası” mövzusunda regional seminarındakı çıxışında məlumat verib.

Beynəlxalq Telekommunikasiya İttifaqı rəsmisinin sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqında informasiya-kommunikasiya texnologiyaları üzrə toplanan indikatorlar beynəlxalq səviyyədə razılaşdırılmış əsas indikatorlar siyahısını təşkil edir. Əgər milli səviyyədə toplanan məlumatları digər ölkələrlə müqayisə etmək istəyiriksə, o zaman bu informasiyalar çox münasib istinad siyahısıdır. Bu siyahıda hər sahə üzrə fərqli indikatorlar yer alıb. “İKT sektoru təhsildə” istiqaməti üzrə 8 indikator müəyyənləşdirilib və bu statistik məlumatlar YUNESKO Statistika İnstitutu tərəfindən əldə edilib.

Qeyd edilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı informasiya-kommunikasiya texnologiyaları üzrə statistik məlumatların və göstəricilərin toplanması üçün ilk dəfə qısa sorğudan istifadə edəcək. Beynəlxalq Telekommunikasiya İttifaqı bundan sonra ev təsərrüfatlarında aparılan sorğu əsasında məlumatların toplanması üçün ölkələrə, o cümlədən milli statistika orqanlarına anketi qısa sorğu formasında göndərməyi nəzərdə tutub. Müxtəlif təsnifatlar üzrə məlumatın necə əldə edilməsi, necə hasil olunmasının müəyyənləşdirilməsi olduqca vacibdir. Bu məqsədlə anket-sorğuda, adətən, 12 indikator öz əksini tapır. Resurslar üçün qısa anket-sorğudan istifadə təcrübəsi bu il ilk dəfə həyata keçiriləcək. Ev təsərrüfatı üzrə toplanan göstəricilər və statistik məlumatlar zamanı, əsasən, 3 indikator, o cümlədən radio-cihaz qurğuları, televizor və internetə çıxış imkanları nəzərdən keçirilir. Əsas siyahı daha çox fundamental baza siyahısıdır. Siyahının əsas məqsədi ümumi platformanı müəyyən etməkdir. Amma bəzi ölkələr daha çox məlumat əldə etmək istədiyi üçün hətta Beynəlxalq Telekommunikasiya İtti­faqının ev təsərrüfatlarında tövsiyə etdiyi minimum indikatorlardan daha çox məlumat toplamağa çalışırlar. Artıq 3 əsas indikator informasiya-kommunikasiya texnologiyalarının inkişaf indeksinə daxil edilib.

Seminarda Beynəlxalq Telekommunikasiya İttifaqının məsləhətçisi, Valensiya Universitetinin müəllimi Marqarita Rorun, Azərbaycan Dövlət Statistika Komitəsinin Nəqliyyat, informasiya və rabitə sektorunun rəhbəri Anar Orucovun, Qırğız Respublikasının İnformasiya texnologiyaları üzrə milli mərkəzinin direktoru Almaz Bakenovun və başqalarının məruzələri dinlənilib.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ