ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

18.01.2013

 

RİTN 2012-ci ilin yekunların uğurla başa vurub

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında rabitə və informasiya texnologiyaları  naziri Rövşən Məmmədov  geniş məruzə ilə çıxış etmişdir.   Qeyd olunmuşdur ki, ötən ilin mart ayında Şərur rayonu “Rabitə Evi”nin və Şərur və Sədərək rayonlarını əhatə edən Yeni Nəsil telekommunikasiya sisteminin idarəetmə mərkəzi istifadəyə verilmişdir. “Rabitə Evi”ndə işçilər üçün bütün infrastruktur yaradılmış, xidmət sahələri tamamilə kompyuterləşdirilmişdir. Şərur və Sədərək rayonlarını əhatə edən ehtiyyat idarəetmə sisteminin istifadəyə verilməsi ilə muxtar respublika ilk dəfə tam alternativi olan dayanıqlı telekommunikasiya şəbəkəsinə malik olmuşdur.

Muxtar respublikanın şəhər və rayon mərkəzləri arasında fiber-optik kabellə rabitənin və avtomat telefon stansiyaların  optik arabağlantılarla təşkili ilə əlaqədar işlər ötən ildə də davam etdirilmiş, 30 kənd avtomat telefon stansiyasının arabağlantıları optik kabel xəttləri ilə əvəz edilmişdir. Hazırda muxtar respublika üzrə mövcud olunan 124 elektron avtomat  telefon stansiyasından 101-i optik arabağlantılarla təmin edilmiş, Culfa rayonun Nəhəcir kəndində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyyat Yerüstü İdarəetmə Mərkəzinə 14 km, Şərur rayonunun Gümüşlü kəndi yaxınlığındakı Arpaçay Su Elektrik Stansiyasına 11 km uzunluğunda optik kabel xəttləri çəkilmişdir. Bundan əlavə, ötən ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanılmış, ilin sonunadək 10 abonentin evinə optik kabellə yeni xidmətlər  verilmişdir.

Nazir bildirmişdir ki, 2012-ci il ərzində 12 poçt bölməsi və 25 avtomat telefon stansiyaları yeni binaya köçürülmüşdür. Poçt bölmələrindən 6-sı yeni açılmış, avtomat telefon stansiyalardan isə 17-si yeni qurulub istifadəyə verilmişdir. Muxtar respublikada yeni avtomat telefon stansiyaları və “Naxtel” simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyaların istifadəyə verilməsi nəticəsində 1616 ədəd məftilli, 808 ədəd məftilsiz olmaqla ümumilikdə 2424 ədəd yeni telefon nömrəsi istismara verilmiş, hər 100 ailəyə düşən sabit telefonların sayı 66-ya çatdırılmışdır.

Ötən il informasiya-kommunikasiya texnologiyaları sektoru üzrə əldə olunan gəlirlərin həcmi 2011-ci ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq 42 milyon manatdan artıq olmuşdur.

Yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkil edilməsi ilə əlaqədar ötən il ərzində Şərur və Sədərək rayonları ərazilərində 3-cü nəsil telekommunikasiya sistemi və 57 yaşayış məntəqəsində genişzolaqlı internet  xidmətləri üçün avadanlıqlar qurulmuşdur. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 58 faizində genişzolaqlı internet xidmətləri göstərilir. Genişzolaqlı internet xidmətlərinə qoşulmanın avtomatlaşdırılması məqəsdilə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzində “Billinq” sistemi yaradılmış, üzərində “Milli dəyərlər” ilinə həsr edilmiş  təsvirlər olan internet kartları hazırlanaraq satışa buraxılmışdır. İl ərzində yeni istifadəyə verilən ümumtəhsil məktəblərinin hər birinin  kompyuter siniflərində şəbəkələr qurulmuş, istifadə olunan 2896 kompyuterdən 2643-i və ya 83 faizinin  internetə qoşulması təmin edilmişdir. “Xalq kompyuteri” layihəsi çərçivəsində il ərzində 695 ədəd kompyuter güzəşli şərtlərlə əhaliyə satılmışdır.

R.Məmmədov qeyd etmişdir ki, “Elektron hökumət”in formalaşması ilə bağlı “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının  elektron  xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli  Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilən vəzifələrin icrası ilə bağlı 73 dövlət orqanına internet səhifəsi hazırlanmış, onlara domen adları, elektron poçt ünvanları verilmiş və qlobal şəbəkədə yerləşdirilmişdir.

Həmin Fərmanının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 20 dekabr 2012-ci il tarixli «Elektron xidmət növlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında Qərarına əsasən Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 34 dövlət orqanına elektron xid­mətlərin göstərilməsi üçün  reyestr kodları verilmiş, xidmətlərin reqlamentlərinin hazırlanmasında dövlət orqanlarına müvafiq köməklik işləri  davam etdirilir.  19 yanvar 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən  “Elektron hökumət” layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirədə verilən tapşırıqlar  rəhbərliyə alınaraq, 2013-cü ilin birinci yarısınadək “Elektron İmza Sertifikat Mərkəzi”nin və “Elektron hökumət” portalının yaradılması üçün faliyyət planı hazırlanmışdır.

Ötən ilin fevral ayının 5-dən etibarən rəqəmsal televiziyanın  yayımına başlanılmış, muxtar respublikanın əsas yaşayış ərazilərinin təxminən 60 faizində 12 televiziya kanalının rəqəmsal formatda yayımı  təmin edilmişdir. Bundan əlavə bu ilin dekabr ayında Ukrayna Respublikasının Kvant-Efir şirkəti ilə bağlanmış müqaviləyə əsasən Duzdağ Radio Televizya Verici Stansiyasında mövcud televiziya verici rekonstruksiya olunaraq 38-ci TV kanal üzərindən rəqəmsal yayıma başlamışdır.  Hazırda digər vericilərin rekonstruksiyası üçün şirkətlə danışıqlar aparılır.

Qeyd olunmuşdur ki, 2012-ci ilin sentyabr ayının 1-dən ehtibarən əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin daha  yüksək səviyyədə təşkil edilməsi üçün muxtar respublikada teleqram və maniqramların göndərişi və qəbulu “Colvir” sistemi üzərinə köçürülmüş, əməliyyatçılara bu sistemin öyrədilməsi üçün  nazirlikdə kurslar təşkil edilmişdir. “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq, muxtar respublikanın 82 poçt şöbə və bölməsində kompüter avadanlıqları quraşdırılmış, mərkəzi server sisteminin yaradılması üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  Məlumat Hesablama Mərkəzi ilə birlikdə işlər davam etdirilir.  Yaxın müddətdə kommunal xidmət haqlarının poçt şöbə və bölmələrində toplanması  xidmətinin istifadəyə verilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ünvanına il ərzində  176,8 ton çəkidə bağlama daxil olmuş,  22,3 ton çəkidə bağlama göndərilmişdir. Ümumilikdə muxtar respublikaya 215,5 ton çəkidə poçt göndərişi və bağlamalar daxil olmuşdur.

Ötən il Bəhruz Kəngərlinin 120, Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140 illik yubileylərinə həsr edilmiş zərf və poçt markaları hazırlanaraq poçt tədavülünə buraxılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 19 aprel 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nda nəzərdə tutulmuş Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında “Elektron kitabxana” yaradılmışdır.

Sonra gündəlikdə duran məslələrlə əlaqədar çıxışlar olmuşdur.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ