ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

22.12.2012

 

“Xalq kompüter”i layihəsinin 20000-ci alıcısı

muxtar respublikanın sakini oldu

“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı  20000-i ötdü. Bu gün Azərbaycanda “Xalq kompüteri” layihəsinin təklifləri paketinə dünya lideri HP şirkətinin istehsalı olan şəxsi kompüterlər daxildir. Hazırda model çeşidinə HP ProBook və Pavillion noutbukları cərgəsi, şəxsi kompüterlər, netbuklar daxildir ki, bunların da texniki göstəriciləri bazarın bu günkü meyllərinə tam cavab verir.

“Xalq kompüteri” layihəsi çərçivəsində orta məktəb müəllimləri, şagirdləri, ali məktəb tələbələri, dövlət qulluqçuları, səhiyyə sahəsininin işçiləri  güzəştli şərtlərlə kompüterlər almaq imkanı əldə etmişlər.

Layihədə  təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25% - dən 40% - ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə təqdim edilir.

Artıq “Xalq kompüteri” Layihəsi çərçivəsində 20 mindən çox şəxs fərdi  kompüter və noutbuklar əldə etmişdir. Kompüterlərin 16 faizi  Bakıda, 10.2 faizi Naxçıvanda, qalanları isə ölkənin digər regionlarında olan istifadəçilər tərəfindən əldə edilmişdir. Layihə çərçivəsində əldə edilən kompüterlərin 90 faizindən çoxu portativ texnikanın payına düşür.

Layihə çərçivəsində 20000-ci kompüterin alıcısı Babək rayon Cəhri kənd sakini Cəfərov Ruslan Fərəməz oğlu olmuşdur. BestComp Group şirkəti tərəfindən alıcıya onun əldə etdiyi portativ kompüter pulsuz təqdim edilmiş və əlavə olaraq printer hədiyyə olunmuşdur.

“Xalq kompüteri” Layihəsi Naxçıvanda da uğurla davam etdirilir. Muxtar respublikada layihə başlayandan (2010-cu ilin avqust ayından) bu günədək 2032 ədəd kompyuter güzəştli şərtlərlə əhaliyə satılmışdır.

Qeyd edək ki, layihə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP şirkəti və Microsoft şirkəti ilə birgə həyata keçirilir. Layihənin operatoru BestComp Group şirkətidir. Muxtar respublikada isə layihəni Naxçıvan MR İnternet Mərkəzi həyata keçirir.

Layihənin əsas məqsədi – əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompüterlər və lisenziyalı proqram təminatı almaq üçün şərait yaratmaq, regionlarda İKT-nin geniş tətbiqi vasitəsilə “rəqəmli fərqliliyin” aradan qaldırmaq, informasiya cəmiyyəti və “Elektron hökumət”in inkişafına yönəlmiş fəaliyyətlərini dəstəkləməkdir. 

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ