ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

20.11.2012

 

Ən peşəkar rabitə işçisi adı uğrunda ümumrespublika müsabiqəsində Naxçıvan rabitəçiləri yüksək nəticə əldə ediblər

 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə Bakı şəhərində keçirilən “ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi məqsədilə peşə yarışmasının həlledici mərhələsi Naxçıvan rabitəçiləri üçün uğurla başa çatıb.

Məlumat üçün bildirək ki, müsabiqəyə noyabr ayının 15-də Bakı şəhəri Abşeron Telekommunikasiya Qovşağı ərazisində start verilib. Müsabiqə 6 peşə sahəsi - “Optik kabel calayıcısı”, “Poçtalyon”, “Kross işçisi”, “Poçt əməliyyatçısı”, “Kabel calayıcısı” və “Montyor” peşələri üzrə ən iri müəssisələr arasında keçirilirdi. Müsabiqənin şərtinə əsasən yekun yarışda Aztelekom İstehsalat Birliyi, Bakı şəhəri Telefon Rabitəsi İstehsalat Birliyi, Ultel və AzEvrotel rabitə müəssisələri, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə idarələri üzrə daxili yarışların qalibləri iştirak edirdilər.

Yarış iştirakçıları verilən yarım saat vaxt ərzində 30 nəzəri sualı yazılı cavablandırmalı, bundan sonra praktiki işi normativə uyğun icra etməli idilər.

Üç gün davam etmiş müsabiqədə naxçıvanlı rabitəçilərdən ikisi 1-ci, üçü 2-ci və biri 3-cü yerə layiq görülüblər.

Münsiflər heyyəti yekdilliklə ən peşəkar “Optik kabel calayıcısı” və “Poçtalyon” nominasiyaları üzrə 1-ci yerləri Naxçıvan şəhər Rabitə İdarəsinin işçiləri Aslanov İlkin və Əsgərov Elşən layiq görmüşdür. Onlar 30 nəzəri suala düzgün cavab verib, praktiki işlərdə isə ən yüksək nəticə göstəriblər.

Ən peşəkar “Kross işçisi”, “Montyor” və Kabel lehimləyicisi nominasiyaları üzrə 2-ci yerlərə Babək rayon Rabitə İdarəsinin mühəndisi Abbasov Cəmil, Kəngərli rayonu Rabitə idarəsinin montyoru Məmmədov Vüsal və Şərur rayon Rabitə İdarəsinin kabelçisi Bayraməliyev Rizvan layiq görülüblər.

Ən peşəkar Poçt əməliyyatçısı nominasiya üzrə 3-cü yerə isə Şahbuz rayon Rabitə İdarəsini əməliyyatçısı Əliyeva Türkan çıxmışdır.

Rabitəçilərimizin Azərbaycan Respulikası üzrə möhtəbər yarışda layıqli nəticə göstərmələri Naxçıvan Muxtar Respublikasında həyata keçirilən böyük işlərin məntiqi nəticəsidir. Bu gün muxtar respublika rəhbərliyi tərəfindən işçilərin peşəkarlığının artırılması, onların keyfiyyətli iş alətləri, ən müasir cihaz və avadanlıqlarla, iş geyimləri ilə təmin edilməsinə göstərilən qayğı, həm işçilərin məsuliyyətinin yüksəlməsinə, peşəkarlığının artmasına həm də görülən işin keyfiyyətinə mühüm təsir göstərir.

 


 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ