ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

20.11.2012

 

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Sloveniyanın İskratel şirkətinin nümayəndələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Sloveniyanın İskratel şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Fərid Nəsibovla görüş olub. Görüşdə nazirliyin informasiya kommunikasiya texnologiyalarının gələcək planları, geniş zolaqlı xidmətlərin genişlənməsi, internet üzərindən İP telefoniya xidmətlərinin göstərilməsi üçün texniki həllər və digər göstəriləcək xidmətlər haqqında danışılıb.

 

Sonra şirkətin nümayəndəsi tərəfindən nazirliyin telekommunikasiya şöbəsinin, şəhər (rayon) rabitə idarələrin, Naxçıvan MR İnternet Mərkəzinin işçiləri üçün İskratel şirkətinin avadanlıqları və telekommunikasiya sahəsində texniki həlləri barədə geniş təqdimat verilib.

 

Qeyd edək ki, noyabrın ayının 6-9-da "Bakı Ekspo" mərkəzində keçirilən "BakuTel-2012" XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi zamanı Naxçıvan Muxtar Respublikası rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov Sloveniyanın İskratel şirkətinin Baş Direktoru Jelko Puliç və satış üzrə direktoru Mitya Jelnikarla görüşüb. Şirkət haqqında qısa məlumat veriləndən sonra yerli nümayəndəlik tərəfindən Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirliyində görüş keçirilməsi barədə razılıq əldə olunub.

 

Məlumat üçün bildirək ki, İskratel şirkəti 2007-ci ildən Azərbaycanda yeni nəsil telekkomunikasiya və informasiya texnologiyaları  sahəsi üzrə fəaliyyət göstərir. Hazırda Bakı şəhərini və digər bir sıra rayonların telekommunikasiya şəbəkəsini NGN sistemi ilə təmin edib.


 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ