ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

09.11.2012

 

18-ci Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" sərgi - konfransı keçirilib

"Bakı Ekspo" mərkəzində "BakuTel-2012" XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi keçilib. Sərgidə ölkə Prezident İlham Əliyev iştirak edib. Noyabr ayının 6-dan 9-dək Bakı Ekspo Mərkəzində davam edən "BakuTel" sərgisi Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahəsində ən böyük tədbirdir. Artıq 18-ci dəfədir baş tutan "BakuTel" sərgisi keçirildiyi illər ərzində telekommunikasiya bazarında mühüm hadisəyə çevrilib. "BakuTel" sərgisinin beynəlxalq nüfuzu Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatların dəstəyi, həmçinin Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (ÜSSA) keyfiyyət nişanı ilə təsdiq olunub.

Bu il "BakuTel-2012" sərgisi dünyanın 23 ölkəsindən 160 şirkətinin iştitakı ilə keçirilib. Xarici iştirakçıların siyahısına Böyük Britaniya, Rusiya, Türkiyə, Çin, Koreya Respublikası, Malayziya, Litva, İran, Sloveniya, Ukrayna, Belarus və digər ölkələr daxildir.
Bu dəfəki  sərginin ekspozisiyası telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, telekommunikasiya sistemləri üçün müasir test və ölçü avadanlıqları, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar nümayiş etdirilib.

"BakuTel-2012" XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də nümayəndələri iştirak ediblər.

Sərgi çərçivəsində yerli distribütorlar əhaliyə mobil telefonlar, planşetlər və fərdi kompüterlərin yeni modelləri təqdim edilib. Sərgidə "Microsoft Windows 8" əməliyyat sistemini sınaqdan keçirilib və "Windows Server 2012" əməliyyat sisteminin üstünlükləri nümayiş etdirilib. Azərbaycanda istehsal olunan ilk planşet kompüteri "Nexus Azpad Android", şəxsi istifadəçilər üçün Azərbaycan dilində ilk antivirus proqramı "B.A.K.U", həmçinin "Android Mobile" istifadəçiləri üçün antivirus proqramının təqdimat mərasimləri xüsusilə diqqəti cəlb edib.

“Bakutel 2012” sərgisində mobil operatorlar ən son yeniliklərini təqdim ediblər. İlk dəfə olaraq, "Nar Mobile" tərəfindən "OnAir" ilə birgə təqdim edilən layihə çərçivəsində, "AZAL"-a məxsus təyyarələrdə səyahət edən sərnişinlərin tam mobil rabitə xidmətindən istifadə etməsi gerçəkləşdirilib. "Azercell" mobil operatoru isə Azərbaycanda “4G”-nin tətbiqinə başlayıb. «Daşınan nömrələr» layihəsinin tətbiqi  mobil rabitə operatorları üçün xüsusilə maraqlıdır. Layihə üçün hazırlıq işləri olaraq artıq müvafiq qayda qəbul olunub, layihənin tətbiqi üçün hüquqi imkanlar yaradılıb. 2013-cü ilin yanvar-fevral aylarında layihənin icrasına başlanılması nəzərdə tutulub. Qeyd edək ki, nömrə daşınması – abunəçi nömrəsini saxlamaqla xidmət operatorunu dəyişə bilmək imkanıdır.

“Dilmanc” layihəsi builki “Bakutel 2012” sərgisində də bir sıra yeniliklər təqdim edib. Sərgidə nümayiş etdirilən Azərbaycan dili üçün nitqin tanınması sistemi mətni kompüterə mikrofon vasitəsilə daxil etməyə imkan verir. Klaviaturada yığmaq əvəzinə, mətn mikrofona imla şəklində deyilir və sistem vasitəsilə avtomatik yazıya çevrilir.

Bu proqram klaviaturada yığmağa nisbətən 3-4 dəfə sürətli mətn daxil etməyə imkan verməklə yanaşı,  klaviatura ilə işləməkdə çətinlik çəkən insanların, həmçinin əlil və görmə qüsuru olan istifadəçilərin işini asanlaşdırır. Hazırda sistem 160 mindən çox söz-forma tanıya bilir və tanıma keyfiyyəti 91 faizdən yuxarıdır. Sistemin keyfiyyətinin daha da artırılaraq yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır. Daha bir yenilik - mətnin səsləndirilməsi sistemi kompüterdəki mətni insan səsi ilə oxuyur. İstifadəçilər Azərbaycan dilindəki mətni proqrama daxil edərək onun oxunuşuna qulaq asa bilərlər. Bu proqram vasitəsilə məktublar, sənədlər və digər mətnlərlə daha az vaxt sərf etməklə və gözləri yormadan, oxunuşuna qulaq asmaqla tanış olmaq mümkündür. Sistem hal-hazırda “http://tts.dilmanc.az/” saytında istifadəyə verilib.

Bu il “Dilmanc” layihəsi çərçivəsində həmçinin Azərbaycan dilindən ingilis və rus dillərinə və əksinə, onlayn lüğət də istifadəyə verilib. Adi lüğətlərdən fərqli olaraq bu lüğətə sözün ixtiyari formasını daxil etmək mümkündür, bu zaman sözün kökü avtomatik tapılır. Bu imkan xüsusilə xarici dili bilməyən və sözün kökünü tapmaqda çətinlik çəkən istifadəçilər üçün əhəmiyyətlidir. Bundan başqa, lüğətdə sözün işləndiyi nümunə cümlələr və onların tərcümələrinə də baxmaq mümkündür. Lüğəti “http://dict.dilmanc.az/” ünvanında istifadə etmək mümkündür.

Sərgidə diqqət çəkən digər pavilyonlardan biri isə yerüstü peyk idarəetmə strukturunun yaradılması və kosmik sənayesidir. 2013-cü ilin fevral ayında Azərbaycanının ilk "Azersat" telekommunikasiya peykini kosmosa çıxarmağa hazırlaşan "Azerkosmos" şirkətinin stendidir. Qeyd edək ki, Peyk Avropanı, Orta Asiyanı, o cümlədən Afrikanı əhatə edəcəkdir.

"BakuTel-2012" sərgi-konfransının ən yadda qalan tərəflərindən biri isə sərgi çərçivəsində BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə VII İnternet İdarəçilik Forumunun (İİF)  keçirilməsi olub. "İİF" forumu Azərbaycanda ilk dəfədir ki, təşkil olunur. Tədbir  "Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması" mövzusunda keçirilən builki forum noyabrın 6-dan  9-dək davam edib. Forumun gündəliyində duran əsas məsələ "İnkişaf naminə internet idarəçiliyi (IG4D)" olub.

Forumda hökumət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri mövcud internet təhlükəsizliyi, şəffaflıq, məxfilik, ifadə azadlığı, internetə çıxış və inkişaf məsələlərini müzakirə edilib, inkişafa birbaşa aidiyyəti olan qlobal internet idarəçiliyi üzrə nümunələri nəzərdən keçirilib.

Foruma 1500-dən çox nümayəndə heyəti qatılıb. Eyni zamanda, tədbirdə BMT-nin İqtisadi və sosial işlər üzrə baş katibinin müavini Vu Honqbo, Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Ture, 100-dək ölkəni informasiya və kommunikasiya texnologiyaları üzrə təmsil edən hökumət rəsmiləri, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları, beynəlxalq təşkilatlar, KİV nümayəndələri və rəhbərlikləri iştirak ediblər.
 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ