ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

24.09.2012

 

Yeni poçt markaları satışa buraxılmışdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiq edilməsi haqqında” 20 fevral 2012-ci il tarixli Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə Hüseyn Cavidin 130 illik yubileyinə həsr edilmiş poçt markası hazırlanaraq poçt tədavülünə verilmişdir.

Bundan əlavə, “Məmməd Səid Ordubadinin 140 illik yubileyinin  Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiq edilməsi  haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 aprel 2012-ci il tarixli Sərəncamına uyğun olaraq, M.S.Ordubadinin 140 illik yubileyinə həsr olunmuş poçt markası  hazır­lanaraq satış üçün poçt dövriyyəsinə daxil edilmişdir.

 Üzərində H.Cavidin və M.S.Ordubadinin portreti əks edilmiş markaların hər biri 100 min tirajla buraxılmışdır. Markaların nominal dəyəri 20 və 50 qəpikdir. Markalarla yanaşı, Hüseyn Cavidin 130 və Məmməd Səid Ordubadinin 140 illik yubileylərinə həsr edilmiş suvenir bukletləri və “Birinci Gün” zərfləri də hazırlanmışdır.

 Qeyd edək ki, Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.

Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Çoxşaxəli ədəbi fəaliyyət göstərən sənətkar dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri ilə tanınır.

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ