ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

23.09.2012

 

Azərbaycanda Beynəlxalq Telekommunikasiya

Birliyinin regional seminarı keçirilib

Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Texniki Universiteti, Beynəlxalq Telekommunikasiya Birliyinin MDB bölgə şöbələrinin birgə təşkilatçılığı ilə “Rabitə şəbəkələrinin müasir inkişaf istiqamətləri: Nəzəriyyə və təcrübə” mövzusunda Beynəlxalq Telekommunikasiya Birliyinin regional seminarı keçirilib.

Seminarda Naxçıvan nümayəndəsi olaraq  Naxçıvan şəhər Rabitə İdarəsinin baş mühəndisi Elburus Qocayev “Telekommunikasiyanın dünya inkişaf tendensiyası və Naxçıvan Muxtar Respublikasında avtomat telefon stansiyalarının Yeni Nəsil texnologiyalarla əvəz edilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Azərbaycanda ilk dəfə olaraq Yeni Nəsil Telekommunikasiya (NGN)  sistemi Naxçıvanda tədbiq edilib, hazırda Naxçıvan şəhəri, Babək qəsəbəsi, Nehrəm kəndi, Şərur və Sədərək rayonları bu sistemlə işləyir. NGN sistemi ümumilikdə muxtar respublikanın telekommunikasiya şəbəkəsinin 59 faizini təşkil edir.

Naxçıvanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində və Naxçıvan-İran-Bakı istiqamətində yeni STM-16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilməklə kəsintisiz darəvi şəbəkə yaradılıb.

Sonra Naxçıvan Muxtar Respublikasında İKT-nin müasir səviyyəsi ilə əlaqədar təqdimat nümayiş etdirilib.

Seminarda Moskva, Sankt-Peterburq, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, Tacikistan və bir sıra başqa ölkələrin nümayəndələrinin  çıxışları dinlənilib. Seminar 3 gün davam edib.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ