ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

18.09.2012

 

Yeni Rabitə evi istifadəyə verilib

Muxtar respublikanın kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi, müasir infrastrukturun yaradılması sakinlərin rahatlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sakinlər rahatlığı üçün yaradılan sahələrdən biri  də rabitədir.

Kəndlərdə istifadəyə verilən rabitə evləri kənd sakinlərinin informasiya kommunikasiya texnologiyalarından istifadəsi üçün əlverişli şərait yaradır. Bütün tələblərə cavab verən yaraşıqlı iş şəraiti ilə təmin edilən rabitə evlərindən biri də Şərur rayonundakı Dərəkənd rabitə evidir.

Yeni istifadəyə verilən Dərəkənd kənd mərkəzidə rabitə evi üçün də iş otaqları ayrılmışdır. Burada quraşdırılan 176 nömrəlik elektron ATS 102 abonentə xidmət göstərir. Yeni elektron ATS-in istifadəyə verilməsi kənd sakinlərinin multimedia xidmətlərindən istifadəsinə də şərait yaradacaq.

Dərəkənddə əvvəllər ayrıca poçt bölməsi olmadığından sakinlər Yuxarı Daşarx kəndinin poçt bölməsindən istifadə edirdilər. Artıq kənd sakinləri bu gündən etibarən öz poçt bölmələrinin xidmətlərində istifadə edə biləcəklər. Yeni açılan poçt bölməsində məktub və banderolların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, teleqramların qəbulu və göndərilməsi, faks xidməti, müxtəlif növ danışıq və internet kartlarının satışı həyata keçiriləcə, gələcəkdə kənd sakinlərinə bank xidməti də göstəriləcəkdir.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ