ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

14.09.2012

 

Payız-qış mövsümünə hazırlıqla əlaqədar

kollegiya iclası keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-2013-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kollegiya iclası keçirilmişdir.

İclas 17 avqust 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2012-2013-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilmiş müşavirənin qarşıya qoyduğu vəzifələrə həsr olunmuşdur. İclası  Naxçıvan Muxtar Respublikası rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov açaraq payız-qış mövsümünə hazırlıq işlərinin gedişi, həyata keçiriləcək tədbirlər barədə çıxış etmişdir.

Qeyd etmişdir ki, əhalinin dayanıqlı rabitə ilə təmin olunması, rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirlikdə tədbirlər planı hazırlanmışdır. Qəza hallarının qarşısını almaq üçün ehtiyat hissələrinin əldə edilməsi bütün il boyu nəzarətdə olmasına baxmayaraq, qış mövsümündə elektrik kəsintiləri,  normadan fərqli elektrik verilişləri zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Gərginliyin dəyişməsinə ani reaksiya verən rele qurğuları, stabilizatorlar, abunə qutuları, arabağlantı xətləri üçün qoruyucu bloklar tətbiq edilmişdir.

Xətt təsərrüfatının normativə uyğunlaşdırılması, rabitə kabellərinin elektrik xətləri ilə təhlükəli kəsişmələri qaçılmaz olan yerlərdə yeraltı keçid,  yaxud rezin borulardan istifadə edilməsi, rayon mərkəzlərində və kəndlərdə abadlıq işləri ilə əlaqədar yeraltı rabitə qurğularının tikilməsi ilə rabitə xətlərinin yer altına keçirilməsi həm kabellərin istismar müddətinin xeyli yüksəlməsinə həm də qəza hallarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.

Nazir bildirmişdir ki, qış aylarında generatorlara və akkumulyatorlara ehtiyac artdığından bir neçə ildir ki, bu avadanlıqlara mərkəzləşmiş qaydada ixtisaslı mütəxəssislər tərəfindən xidmət göstərilir. Hər rübdə bir dəfə bütün yardımçı qurğulara texniki baxış keçirilir, generatorların iş saatına uyğun yağı, müxtəlif filtirləri dəyişdirilir, akumlatorların məhlulu və onun faizi normativə uyğunlaşdırılır. Avadanlıqlara vahid mərkəzdən xidmət edilməsi, qeyri-peşəkar müdaxilənin qarşısının alınmasına və nəticədə avadanlıqların daim saz olmasına, daha uzun müddət istismar edilməsinə  şərait yaratmışdır.

Son illər dövlətimizin rabitəçilərə göstərdiyi qayğılardan biri də onlar üçün beynəlxalq standartlara uyğun iş şəraiti olan yeni binaların inşa edilməsidir. Ayrı-ayrı yaşayış məntəqələrində istifadəyə verilən kənd mərkəzlərinin qazanxana sistemi ilə  təmin olunması belə binalarda çalışanların istilik problemini həll etmişdir. Hazırda 117 avtomat telefon stansiyasından 68-i, 128 poçt bölmə və şöbələrindən isə 87-si yeni tikilmiş binalarada yerləşir.

Sonra sahələr üzrə 2012-2013-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş və görüləcək işlər barədə məlumat vermişlər.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ