ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

 

31.08.2012

Naxçıvanda “evədək optika” layihəsinin icrasına başlanılıb

Naxçıvanda telekommunikasiya infrastrukturunun optik şəbəkə üzərindən qurulması  tədbirləri davam etdirilir. Ümumilikdə muxtar respublikada istismar olunan avtomat telefon stansiyaların 86%-i optik arabağlantılarla təmin edilib. Bu gün muxtar respublikanın sabit telefon şəbəkəsinin Yeni Nəsil Telekommunikasiya sisteminə keçirilməsi uğurla həyata keçirilir. Bu işlərin davamı olaraq Naxçıvanda “evədək optika” layihəsinin icrasına başlanılmışdır. Layihə GPON (Giqabit Passive Optical Network) avadanlığı vasitəsi ilə həyata keçirilir. GPON avadanlıqlarının abunəçi şəbəkəsinə tətbiqi bir optik lif vasitəsi ilə telefon, yüksək sürətli internet, videotelefon və İP televiziya adlanan rəqəmli televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir. GPON avadanlığının tətbiqi mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini,  buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Avadanlığın köməyi ilə optik lifli kabeli birbaşa abunəçinin evinə çəkmək və beləliklə də ona mis məftilin imkanlığından 100 dəfə yüksək olan 2,5 Gbit/s-lik buraxma zolağı təqdim etmək mümkün olacaq.

GPON avadanlığı ilə bir binaya gələn tək bir optik xətt splitterlər (ayrıcılar) vasitəsilə 256 abonentə xidmət göstərəcək. Bundan əlavə, bu avadanlıqlar abonentlərə bir xəttlə iki telefon nömrəsini işlətmək imkanı verəcək.

Həmçinin, bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə və şəbəkənin qurulmasını tezləşdirməyə imkan yaradacaq.

Məlumat üçün bildirək ki, bir sıra inkişaf etmiş ölkələrdə geniş şəkildə tətbiq edilən bu üsul özünü doğruldub. İstifadəçiyə yuxarıda qeyd olunanlardan əlavə evdən iş yerinin idarə edilməsi, iş yerinə vizual nəzarət, elektron təhsil almaq, e-ticarət, bütün bank ödənişlərini və köçürmələrini həyata keçirmək kimi məhdudiyyətsiz imkanlar yaradır.

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ