ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

18.01.2012

İlin yekunlarının təhlilinə dair kollegiya iclası keçirilmişdir

Naxçıvan  Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyalar Nazirliyində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sesiyasının qarşıya qoyduğu vəzifələr və 2011-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında   rabitə və informasiya texnologiyaları  naziri Rövşən Məmmədov  məruzə ilə çıxış etmişdir.   Qeyd olunmuşdur ki, 2011-ci ildə muxtar respublikanın bütün ərazisində stasionar telefonların 7 rəqəmli beynəlxalq standart nömrələmə sisteminə keçidi təmin olunmuş, Yeni Nəsil Telekomminikasiya şəbəkəsinin tədbiqi istiqamətində işlər davam etdirilmişdir. 2011-ci ildə informasiya-kommunikasiya texnologiyaları sektoru üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu ilin analoji dövrü ilə müqayisədə 16 faiz artaraq 38 milyon manata yaxın olmuşdur.

2011-ci ildə Naxçıvan Muxtar Respublikasında informasiya kommunikasiya texnologiyaları sahəsində bir neçə uğurlu layihəyə imza atılmışdır. Elektron hökumətin formalaşması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-cu il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili haqqında” 23-lV FR nömrəli Fərmanı bu istiqamətdə işləri daha da sürətləndirmişdir.  Fərmanın muvafiq bəndlərinin icrası üçün  metodiki vəsat hazırlanmış, dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə səviyyəsinin yüksəldilməsi məqsədilə kurslar təşkil edilmiş, 71 dövlət təşkilatına elektron poçt ünvanları və domen adları verilməklə, web səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının ümumistifadəli telefon sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və mövcud nömrə resurslarının artırılması məqsədilə 01 noyabr 2011-ci il tarixdən muxtar respublikanın rayonları və “Naxtel”in stasionar şəbəkəsi üzrə telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilmişdir.

2011-ci il ərzində Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tarif gəliri ƏDV-siz 5 332 173  manat  təşkil etmiş,  plan 101,0 %  yerinə yetirilmiş, ötən ilin analoji dövrü ilə müqayisədə 376 419  manat  əlavə  gəlir əldə edilmişdir.

Muxtar respublikada avtomat telefon stansiyalarının nömrə tutumlarının artırılması, yeni avtomat telefon stansiyaları və “Naxtel” simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyalarının istifadəyə verilməsi nəticəsində 1582 ədəd məftilli, 723 ədəd məftilsiz olmaqla ümumilikdə 2305 ədəd yeni telefon nömrəsi istismara verilmişdir.

Hazırda muxtar respublikada hər 100 ailəyə düşən sabit telefonların sayı 65 ədədə çatdırılmışdır.

Şərur və Sədərək rayonları ərazisində mövcud avtomat telefon stansiyaların Yeni Nəsil (NGN) Telekommunikasiya sistemi ilə əvəz edilməsi üçün bütün hazılıq işləri tamamlanmış,     Şərur şəhərində müasirtipli, zirzəmisi ilə birlikdə 4 mərtəbəli “Rabitə Evi”nin tikintisi başa çatdırılmışdır. Yeni nəsil telekommunikasiya  avadanlıqları  artıq Naxıvana gətirilmiş, cari ilin birinci rübu ərzində montaj-tənzimləmə işlərinin  başa çatdırılması və sistemin istifadəyə verilməsi nəzərdə tutulur.

Naxçıvan-Şahbuz optik magistral xəttinin tikintisi başa çatdırılmış və onun üzərindən Vayxır, Məzrə, Kərimbəyli, Cəhri avtomat telefon stansiyaları optik arabağlantılarla təmin edilmişdir.

Yeni xidmət mərkəzlərinin tikintisi ilə əlaqədar Naxçıvan şəhəri Universitet şəhərciyindəki 12 nömrəli poçt bölməsi,  Şərur rayonunun Mahmudkənd, Yuxarı Daşarx, Siyaqut, Çomaxtur, Düdəngə, Ordubad rayonunun Gənzə, Culfa rayonunun Xanəgah, Nəhəcir, Babək rayonunun Didivar, Nəzərabad, Şahbuz rayonunun Aşağı Qışlaq, Yuxarı Qışlaq, Külüs, Keçili, Kəngərli rayonunun Yeni Kərki, Qabıllı kəndlərində yeni poçt bölmələri və avtomat telefon stansiyaları yeni binalarda istifadəyə verilmişdir.

Ümumilikdə 2011-ci il ərzində 17 poçt bölməsi və 14 avtomat telefon stansiyası yeni binaya köçürülərək istifadəyə verilmişdir. Poçt bölmələrindən 8-i yeni açılmış, avtomat telefon stansiyalardan isə 7-si yeni qurulmuşdur.

Bundan əlavə Naxtel şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsini təmin etmək məqsədi ilə Şərur rayonunun Havuş kəndində “Naxtel”-in baza stansiyası quraşdırılmışdır.

Şərur rayonunun Qarxun, Aralıq, Siyaqut, Çərçiboğan, Dəmirçi, Maxta, Kərimbəyli, Mahmudkənd və Yuxarı Daşarx, Ordubad rayonunun Biləv, Gənzə, Culfa rayonun Xanəgah, Kəngərli rayonun Qabıllı, Yeni Kərki kənd avtomat telefon stansiyalarına fiber-optik kabel xətləri tikilmişdir. Duzdağ Fizoterapiya xəstəxanası optik kabel çəkilməklə telefon rabitəsi və sürətli internetlə təmin edilmişdir.

Ordubad rayonundakı Biləv su elektrik stansiyasına 8 km məsafədən optik kabel salınmışdır.

Naxçıvan şəhərində 27 icra hakimiyyəti orqanına fiber-oprik kabel xətti çəkilməklə xüsusi hökumət rabitəsi qurulmuş, rayon icra hakimiyyəti başçılarına optik şəbəkə üzərindən 3 rəqəmli hökumət nömrələri verilmişdir.

Bu işlərin yerinə yetirilməsi üçün il ərzində ümumilikdə 116 .9 km fiber-optik kabel istifadə olunmuşdur.

Gömrük Komitəsi, Baytarlıq xidməti, Sanitar-Karantin xidməti və Gigiena Epidemoloji-Mərkəzinə fiziki xətt üzərindən sürətli Ethernet şəbəkəsi qurulmuşdur. Ordubad rayonunun Gənzə, Şərur rayonunun Aralıq kəndlərində DSLAM avadanlığı vasitəsilə  sürətli genişzolaqlı internet xidməti istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti ilə Sədərək Gömrük İdarəsi, Naxçıvan Beynəlxalq Hava Limanı, Şaxtaxtı Gömrük İdarəsi, Culfa Gömrük İdarəsi arasında  daxili kompyuter şəbəkə  infrasturukturu yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun tabeliyindəki strukturlar arasında müasir telekommunikasiya şəbəkəsi qurulmuşdur.

Culfa və Şahbuz rayonlarında genişzolaqlı internetin həcminin artırılması üçün əlavə kanallar yaradılmış, hər birinə verilən internetin sürəti 100 mb/s-yə çatdırılmışdır. Muxtar respublikaya daxil olan internet kanalının həcmi 512 mb/s-dək artırılmışdır.

İl ərzində yeni istifadəyə verilən ümumtəhsil məktəblərinin hər birinin  kompyuter siniflərində şəbəkələr qurulmuş , istifadə olunan 2896 kompyuterdən 2365-i və ya 81.7 faizinin  internetə qoşulması təmin edilmişdir.

Xalq kompyuteri layihəsi çərçivəsində  il ərzində 776 ədəd kompyuter güzəşli şərtlərlə əhaliyə satılmışdır.

Naxçıvan şəhərində keçirilən “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium internet vasitəsi ilə www.nakhchivan.az portalında canlı  yayımı təmin edilmişdir.

15 iyun Milli Qurtuluş günü Naxcıvan şəhərində  təşkil edilən bayram konsertinin Naxçıvan televiziyası vasitəsi ilə canlı olaraq efirə verilməsi təmin edilmişdir.

2012-ci il üçün qəzet və jurnallara abunə yazılışı uğurla başa çatdırılmış, Şərq Qapısı qəzetinə 265 min 350 manatlıq,  digər qəzet və jurnallara 75 min 158 manatlıq abunə yazılışı həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ünvanına il ərzində  165 096 kq çəkidə bağlama daxil olmuş,  19 085 kq çəkidə bağlama göndərilmişdir. Ümumilikdə muxtar respublikaya 255 540 kq çəkidə poçt göndərişi və bağlamalar daxil olmuşdur.

Hesabat dövrü ərzində pul baratlarının ödənişi 9 372 297 manat, qəbulu 5 864 618 manat təşkil etmişdir. Bu xidmətdən  yığılan rüsum 143 283 manat təşkil etmişdir.

70 poçt şöbə və bölməsinin avtomatlaşdırılması üçün kompyuterlər yerləşdirilmiş və rayon mərkəzlərinədək  şəbəkənin qurulması başa çatdırılmışdır.

Beynəlxalq DHL poçt xidmətinin Bakı ofisi ilə bağlanmış müqaviləyə əsasən Naxçıvan şəhərində  bu beynəlxalq poçtun filialı açılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” 21 fevral 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq, Behbud ağa Şahtaxtinskinin 130 illiyinə, Beynəlxalq Qars müqaviləsinin isə 90 illiyinə həsr edilmiş zərf və poçt markaları hazırlanaraq poçt tədavülünə buraxılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli  alim və pedaqoq Abbas Zamanovun 100 illiyinin keçirilməsi ilə əlaqədar “Tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 07 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən Abbas Zamanovun 100 illiyinə həsr edilmiş poçt markasının buraxılması təmin edilmişdir. Bundan əlavə üzərində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının təsviri olan poçt markası və zərf tədavülə buraxılmışdır.

İl ərzində əməliyyatçılar, poçtalyon və montyorlar xüsusi iş geyimləri ilə təmin edilmişdir.

2011-ci ilin 6-8 aprel tarixlərdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciətinə əsasən GSM 900, 1800, UMTS 2100  mobil rabitə tezliklərinə xüsusi ilə Sədərək və Sərur rayonları ərazilərində Turkiyə Respublikası ərazisindən GSM siqnallarının müdaxiləsi nəticəsində yaranan rominq kodlarının razılaşdırılması üçün Naxçıvan Muxtar Respublikasında faliyyət göstərən mobil operatorların nümayəndələrinin və Türkiyə respublikasının müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilmiş və GSM siqnallarının sərhədyanı ərzilərdə səviyyəsi və  kanalların bölüşdürülməsi barədə razılaşma protokolu imzalanmışdır.

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  Efirə Nəzarət və Radiotezliklərin Qeydiyyatı şöbəsinin tərkibində yaradılan “Telekommunikasiya Vasitələri və Qurğularının Sertifikatlaşdırılması Mərkəzi” tərəfindən il ərzində  telekommunikasiya vasitələri və qurğularına  11 ədəd  “Uyğunluq sertifikatı”  verilmişdir.

DVB-T standartında rəqəmsal televiziya yayımının muxtar respublika ərazisində təşkilinə dair “Baku and Boston TV Kommunikeyşn” MMC ilə əməkdaşlıq müqaviləsi imzalanmış, MMC-yə Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Şurası tərəfindən rəqəmsal televiziya yayımı üçün lisenziya verilmişdir. Hazırda  rəqəmsal yayımın tədbiqi üzrə müvafiq işlər davam etdirilir, cari ilin fevral ayında Naxçıvan şəhərində rəqəmsal televiziyanın test yayımına başlanması nəzərdə tutulur.

Şərur rayon Havuş kəndində NTV proqramını yayımlamaq üçün 15Vt gücündə yeni verici quraşdırılmış, Naxçıvan televiziyasının 27-ci kanaldan əlavə 9-cu kanalda yayımı üçün verici işə salınmışdır.

“Naxçıvanın səsi” radiosu üçün Duzdağ RTVS-də 3 kvt gücündə yeni FM ötrücü quraşdırılmış, qonşu İran İslam Respublikası tərəfindən yaradılan maneəni aşmaq üçün  radionun efirdə yayımı 100.6 FM tezliyidən 100.3 FM tezliyinə keçirilmişdir.

“Kanal 35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun maddi texniki bazasının möhkəmləndirilməsi üçün virtual studiya avadanlığı, səsyazma qurğuları və digər lazımi texniki vasitələr alınmış, “Kanal-35” televiziyasında Kompyuteri öyrənirik” və “Şahmatı öyrənirik” tədris proqramları efirə vəsiqə almışdır. İl ərzində “Kanal-35” TV-nin studiyasında 85 film tərcümə edilmiş, 136 film isə dublyaj olunaraq efirdə yayımlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2011-cil il tarixli Sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə   nazir müavini Mikayılov Əli Abdulla oğlu  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə,  nazirliyin efirə nəzarət və radotezliklərin qeydiyyatı  şöbəsinin rəisi Seyidov Azər Miryaqub oğlu,  Qaraçuq kənd poçt bölmə əməliyyatçısı Sayılov Allahverdi Məşəpənah oğlu və Sərur rayon rabitə idarəsinin sahə rəisi  Gözəlov Hüseyn Abbas oğlu  “Tərəqqi” medalına layiq görülmüşdür.

Optik və fiziki kabel calayıcıları, poçtalyon, elektro-mantyor, kross işçisi və poçt əməliyyatçıları arasında ən yaxşı peşə ustası müsabiqəsi keçirilmiş, qaliblərin Azərbaycan Respublikası üzrə yarışlarda iştirakı təmin edilmişdir. Azərbaycan Respublikası üzrə yarışlarda Naxçıvan şəhər Rabitə İdarəsinin optik kabel calayıcısı Əliyev Üzeyir və həmin idarənin poçtalyonu Həsənov Namiq birinci yerlərə layiq görülmüşlər. Kross işçisi və poçt əməliyyatçısı nominasiyaları üzrə Hacıyev Çingiz və Məmmədova Səbinə ikinci, fiziki kabel calayıcısı və elektro-montyor nominasiyaları üzrə Budaqov Urşan və Məmmədov Vüsal üçüncü yerləri tutmuşlar.

Sonra gündəlikdə duran məslələrlə bağlı çıxışlar olmuşdur.

Sonda yekun nitqiylə çıxış edən nazir R.Məmmədov 2011-ci ildə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasının qarşıya qoyduğu vəzifələri rəhbər tutaraq, daha yaxşı işləməli, muxtar respublikada ən müasir texnologiyaların tətbiqinə və informasiya cəmiyyəti quruculuğuna öz töhfəmizi verməliyik.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ