ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

09.01.2012

Naxçıvan rəqəmsal televiziya yayımına keçid üçün hazırlıq işlərinə başlanılıb

Cari ilin fevral ayının əvvəllərindən etibarən muxtar respublikada rəqəmsal televiziyanın test yayımına başlanılacaq. Bu yayım 2012-ci ilin sonunadək analoq yayımla paralel olaraq həyata keçiriləcək. 2013-cü ildə isə analoq yayım tamamilə dayandırılacaq. Hazırda rəqəmsal yayımın tətbiqi üzrə müvafiq işlər davam etdirilir. Artıq Duzdağ Radio-Televiziya Verici Stansiyasında rəqəmsal yayım üçün ayrılmış otaqların təmiri işi başa çatdırılıb və avadanlıqların bir hissəsi Naxçıvana gətirilib. Baş stansiya və vericilərin qurulması üzrə işlərin fevral ayı ərzində başa çatdırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, rəqəmsal yayım tezlikdən səmərəli istifadəyə, təsvirin keyfiyyətinin yaxşılaşdırılmasına, istifadə olunan ötürücülərin azaldılması və enerjiyə qənaət olunmasına imkan yaradacaq. Naxçıvanda bir paketdə əhaliyə 12 telekanal olmaqla cəmi 72 televiziya proqramı təklif olunacaq. Rəqəmsal yayımın texniki tətbiqi ilə bağlı ciddi problem yoxdur. Lakin mövcud olan əksər televizorların rəqəmsal yayım standartlarına uyğun olmaması ilə bağlı çətinliklər vardır. Bu problemin aradan qaldırılması məqsədilə rəqəmsal siqnalı qəbul etməsi üçün həmin televizorlara set-top-box deyilən xüsusi dekoderlər quraşdırmaq lazım gələcək.

 

Muxtar respublika sakinlərinə tövsiyə olunur ki, televizor alan zaman onun rəqəmsal siqnal qəbul etməsinə diqqət yetirsinlər.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ