ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

30.11.2011

Ən peşəkar rabitə işçisi adı uğrunda ümumrespublika müsabiqəsində Naxçıvan rabitəçiləri yüksək nəticə əldə ediblər

Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyi münasibətilə Bakı şəhərində keçirilən “ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi məqsədilə peşə yarışmasının həlledici mərhələsi Naxçıvan rabitəçiləri üçün uğurla başa çatmışdır.

 

Məlumat üçün bildirək ki, noyabr ayının 15–də Bakı şəhəri Nizami rayonu Telekommunikasiya Qovşağı ərazisində müsabiqəyə start verilmişdir. Müsabiqə 6 peşə sahəsi - “Optik kabel calayıcısı”, “Poçtalyon”, “Kross işçisi”, “Poçt əməliyyatçısı”, “Kabel calayıcısı” və “Montyor” peşələri üzrə ən iri müəssisələr arasında keçirilirdi. Müsabiqənin şərtinə əsasən yekun yarışda Aztelekom İstehsalat Birliyi, Bakı şəhəri Telefon Rabitəsi İstehsalat Birliyi, Ultel və AzEvrotel rabitə müəssisələri, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə idarələri üzrə daxili yarışların qalibləri iştirak edirdilər. Müsabiqədə xalların müəyyənləşdirilməsi, iştirakçı müəssələrin və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələrindən təşkil edilmiş 11 nəfərdən ibarət münsiflər heyyəti tərəfindən həyata keçirilirdi.

 

Yarış iştirakçıları verilən 1 saat vaxt ərzində 40 nəzəri sualı yazılı cavablandırmalı, bundan sonra praktiki işi normativə uyğun icra etməli idilər.

 

İki gün davam etmiş müsabiqədə naxçıvanlı rabitəçilərdən ikisi 1-ci , ikisi 2-ci və ikisi 3-cü yerə layiq görülmüşlər.

 

Münsiflər heyyəti yekdilliklə ən peşəkar “Optik kabel calayıcısı” və “Poçtalyon” nominasiyaları üzrə 1-ci yerləri Naxçıvan şəhər Rabitə İdarəsinin işçiləri Əliyev Üzeyir və Həsənov Namiq layiq görmüşdür. Onlar 40 nəzəri suala düzgün cavab vermiş, praktiki işlərdə isə ən yüksək nəticə göstərmişlər.

 

Ən peşəkar “Kross işçisi” və Poçt əməliyyatçısı nominasiyaları üzrə 2-ci yerləri yenə Naxçıvan şəhər Rabitə İdarəsinin işçiləri Hacıyev Çingiz və Məmmədova Səbinə layiq görülmüşdür.

 

Ən peşəkar “Montyor” və Kabel lehimləyicisi nominasiyaları üzrə Kəngərli rayonu Rabitə idarəsinin montyoru Məmmədov Vüsal və Naxçıvan şəhər Rabitə İdarəsinin kabelçisi Budaqov Urşan 3-cü nəticə göstərmişdir.

 

Rabitəçilərimizin Azərbaycan Respulikası üzrə möhtəbər yarışda layıqli nəticə göstərmələri Naxçıvan Muxtar Respublikasında həyata keçirilən böyük işlərin məntiqi nəticəsidir. Bu gün muxtar respublika rəhbərliyinin işçilərin peşəkarlığının artırılması, onların keyfiyyətli iş alətləri, ən müasir cihaz və avadanlıqlarla, iş geyimləri ilə təmin edilməsinə göstərdiyi qayğı, həm işçilərin məsuliyyətinin yüksəlməsinə, həm də görülən işin keyfiyyətinə mühüm təsir göstərir.

 

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ