ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

09.09.2011

Elektron xidmətlərin göstərilməsinə dair tədris kursu təşkil edilmişdir

Elektron xidmətlərin göstərilməsi üçün dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində tədris kursu təşkil edilmişdir.

 

Müasir və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılması, birbaşa münasibətlərin minimuma endirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması hazırda qarşıya qoyulmuş əsas vəzifələrdən biridir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanı bu sahədə görüləcək işləri daha da sürətlədirmişdir. Fərmandan irəli gələn vəzifələri icra etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bir sıra işlər artıq həyata keçirilir. Belə ki, mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətin təşkili üçün metodiki vəsaitlərlə təmin edilmiş, dövlət oqranlarının saytların yaradılması üçün lazım olan materialların nazirliyə təqdim ediməsi tövsiyyə edilmiş, dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kursu təşkil edilmişdir.

Kurs sentyabrın 7-dən başlayaraq üç gün davam etmişdir. Kursda dövlət qulluqçularına elektron hökumət, “Elektron sənəd və elekton imza haqqında” Azərbaycan Respublikasının Qanunu, internet informasiya ehtiyatlarının (saytların) yaradılması formaları və qaydaları, dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi qaydaları, tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertiza qaydaları, elektron imza, dövlət hakimiyyəti və yerli özunü idarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydaları, elektron imzanın yoxlanması və elektron sənəd mübadiləsi qaydaları haqqında mövzular elektron təqdimatlar, slaytlar və digər vizual vasitələrdən istifadə edilməklə tədris olunmuşdur. Elektron imzanın tədbiq sahələri və istifadəsi qaydaları ilə bağlı video çarx nümayiş etdirilmişdir. Sonda mövzularla bağlı suallar cavablandırılmışdır.

 

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ