ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

01.09.2011

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2011-2012-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kollegiya iclası keçirilmişdir

Sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclasi keçirilmişdir. İclas 23 avqust 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2011-2012-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilmiş müşavirənin qarşıya qoyduğu vəzifələrə həsr olunmuşdur.  Tədbiri  Naxçıvan Muxtar Respublikası rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov açaraq payız-qış mövsümünə hazırlıq işlərinin gedişi, həyata keçiriləcək tədbirlər barədə çıxış etmişdir. Qeyd olunmuşdur ki, əhalinin dayanıqlı rabitə ilə təmin olunması, rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirlikdə tədbirlər planı hazırlanmışdır. Qəza hallarının qarşısını almaq üçün ehtiyat hissələrinin əldə edilməsi bütün il boyu nəzarətdə olmasına baxmayaraq, qış mövsümündə elektrik kəsintiləri,  normadan fərqli elektrik verilişləri zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Gərginliyin dəyişməsinə ani reaksiya verən rele qurğuları, stabilizatorlar, abunə qutuları, arabağlantı xətləri üçün qoruyucu bloklar tətbiq edilmişdir.

Qış aylarında generatorlara və akkumulyatorlara ehtiyac artdığından bir neçə ildir ki, bu avadanlıqlara mərkəzləşmiş qaydada ixtisaslı mütəxəssislər tərəfindən xidmət göstərilir. Payız-qış mövsümündə də bu iş ciddi nəzarətdə saxlanılacaq. Ötən il Babək qəsəbəsində və Nehrəm kəndində Daewoo tipli stansiyanın NGN sistemi ilə əvəzlənməsi digər bu tipli stansiyalar üçün kifayyət qədər ehtiyat yaratmışdır.

Nazir bildirmişdir ki, cari ilin 6 ayı ərzində bir xətt üzərində olan, bir neçə az tutumlu kebelin çoxtutumlu kabellərlə əvəz edilməsi ilə xətt təsərrüfatının normativə uyğunlaşdırılması işinin aylıq telefon çəkilişindən əlavə rabitə idarələrinə konkret vəzifə kimi havalə olunması nəticəsində 15 km-ə yaxın magistral rabitə xətti səhmana salınmışdır. Hər rübdə bir dəfə bütün yardımçı qurğulara texniki baxış keçirilir, generatorların iş saatına uyğun yağı, müxtəlif filtirləri dəyişdirilir, akumlatorların məhlulu və onun faizi normativə uyğunlaşdırılır. Avadanlıqlara vahid mərkəzdən xidmət edilməsi, qeyri-peşəkar müdaxinin qarşısının alınmasına və nəticədə avadanlıqların daim saz olmasına, daha uzun müddət istismar edilməsinə  şərait yaratmışdır. 

Son illər rabitə müəssisələrinə göstərilən qayğılardan biri də onlar üçün normal iş şəraiti olan binaların inşa edilməsidir. Bu cəhətdən regionun ayrı-ayrı yaşayış məntəqələrində istifadəyə verilən kənd mərkəzlərinin qazanxana sistemi ilə  və ya mavi yanacaqla təmin olunması belə binalarda çalışanların istilik problemini həll etmişdir. Digər rabitə obyektlərinin də qış boyu əhaliyə keyfiyyətli xidmət göstərməsini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilib və keçirilir.

Sonra şəhər və rayon idarə rəisləri 2011-2012-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş və güörüləcək işlər barədə məlumat vermişlər.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ