ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

27.07.2011

Yeni poçt marka və zərfləri satışa buraxılmışdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” 21 fevral 2011-ci il tarixli Sərəncamı və həmin Sərəncamdan irəli gələn vəzifələrin icrası üçün təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə “Azərmarka” şirkəti tərəfindən Behbud ağa Şahtaxtinskinin 130 illiyinə, Beynəlxalq Qars müqaviləsinin isə 90 illiyinə həsr edilmiş zərf və poçt markaları hazırlanaraq poçt tədavülünə buraxılmışdır. Üzərində B.Şahtaxtinskinin portreti və Azərbaycan Respublikasının xəritəsində, sərhədləri Beynəlxalq Qars müqaviləsi ilə müəyyən olunan Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ərazilər əks edilmiş markaların hər biri 10 min tirajla, zərflərin isə hər biri 50 min tirajla buraxılmışdır. Markaların nominal dəyəri - 60 qəpikdir. Markalarla yanaşı Behbud ağa Şahtaxtinskinin 130, Qars müqaviləsinin 90 illiyinə həsr edilimiş süvenir buklet də hazırlanmışdır.

Bundan əlavə üzərində Naxçıvan şəhərindəki möhtəşəm Heydər Əliyev Sarayının təsviri əks olunan marka da satış üçün poçt dövrüyyəsinə buraxılmışdır. Nominal qiyməti 60 qəpik olan markanın tirajı 10 min ədəddir.

 

Behbud ağa Şaxtaxtinskinin ermənilərin Azərbaycana, o cümlədən Naxçıvana əsassız ərazi iddialarına qarşı xüsusi xidmətləri olmuşdur. O, 1918-1921-ci illərdə Rusiya hökumətinə ünvanladığı məktublarında Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyi ilə əlaqədar narahatlığını ifadə etmiş və 1921-ci ilin martında Moskvada və həmin ilin oktyarbrında isə Qarsda imzalanmış müqavilələrdə Naxçıvanın muxtariyyət statusunun həllinə nail olmuşdur.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ