ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

21.07.2011

“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpozium internetdə canlı yayımlanmışdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2011-ci il iyunun 7-də “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” Sərəncam imzalamış, iyul ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Sərəncamın icra vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmiş, simpoziuma yüksək səviyyədə hazırlıq işləri görülmüşdür.

2011-ci il iyulun 21-də “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpoziumun açılışı münasibətilə iştirakçı və qonaqları təbrik edərək demişdir: Bu gün Azərbaycanın qədim torpağı olan Naxçıvanda çox mühüm elmi və tarixi əhəmiyyət kəsb edən beynəlxalq forum-“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium öz işinə başlayır.

Beynəlxalq simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktoru, akademik Yaqub Mahmudov “Naxçıvan: ən qədim yaşayış məskəni”, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev “Naxçıvanın ilkin şəhər mədəniyyəti”, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli “Naxçıvan şəhərinin tarixi: elmdə atılmış addımlar, dərinliklərə doğru baxış və kompleks yanaşma zərurəti”, Fransa Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent-doktor Remi Berton “Dünyanın ən qədim duz mədəni: Duzdağda arxeoloji tədqiqatlar”, Amerika Birləşmiş Ştatları Pensilvaniya universitetinin əməkdaşı, dosent-doktor Lauren Ristvet “Oğlanqalada Azrbaycan-Amerika qazıntıları (2008-2011-ci illər)”, Turkiyənin İstanbul universitetinin professoru, tarix elmləri doktoru Oktay Bəlli “Mədəniyyətin beşiyi Naxçıvan” və Ukrayna Elmlər Akademiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Vitali Otroşenko “Yaşayış məskənlərinin qədim tarixinin müəyyənləşdirilməsində qayaüstü təsvirlərdəki motivlərin rolu və əhəmiyyəti” mövzularında məruzə etmişlər.

Beynəlxalq simpozium “nakhchivan.az” internet sayıtında canlı yayımlanmış, 8 ölkədən 534 internet istifadəçisi bu sayta müraciət etmişdir. Bu, keçirilən beynəlxalq simpoziuma olan ciddi marağın daha bir göstəricisidir.

Beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirəcək, mövzu ilə bağlı məruzələr və çıxışlar dinləniləcək, elmi müzakirələr aparılacaqdır. İyulun 23-də Ordubad rayonundakı Gəmiqayada beynəlxalq simpoziumun yekun iclası olacaqdır.

 

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ