ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

26.04.2011

Naxçıvan Muxtar Respublikası RİTN-də kollegiya iclası keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2011-ci ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.

İclasda giriş sözü ilə çıxış edən nazir Rövşən Məmmədov qeyd etmişdir ki, bu gün muxtar respublikada ümummilli lider Heydər Əliyevin yolu muxtar respublika rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Əvvəlki illərdə olduğu kimi, cari ilin I rübündə də qəbul olunmuş Dövlət Proqramlarının, İş Planının icrası Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılaraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 2011-ci ilin I rübü ərzində telekommunikasiya sahəsində görülmüş işlər və mövcud vəziyyət, nazirlik və ona tabe müəssisələrdə rüblər üzrə maliyyə və iqtisadi göstəricilərin icra vəziyyəti, poçt rabitəsi sahəsində görülmüş işlər, efirə nəzarət sahəsinin və muxtar respublikası ərazisində radio-televiziya proqramlarının yayım vəziyyəti haqqında məruzələr dinlənilmişdir.

Qeyd olunmuşdur ki, Naxçıvan-Şahbuz optik magistral xəttinin tikintisi başa çatdırılmış,  Vayxır, Məzrə, Kərimbəyli avtomat telefon stansiyaları optik bağlantılarla təmin edilmiş, Cəhri, Sirab, Qahab, Şıxmahmud avtomat telefon stansiyalarında isə işlər davam etdirilir.

2011-ci ilin I rübündə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tarif gəliri ƏDV-siz 1.325.557 manat yerinə yetirilmış, plan 101,4 %  icra olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 122.585 manat artıq gəlir əldə edilmişdir. Əhaliyə göstərilən rabitə xidməti 690.575 manat yerinə yetirilmiş, plan 100,2 % icra olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 26.311 manat artıq yerinə yetirilmişdir.

Rüb ərzində nazirliyin ünvanına 75.708 kq çəkidə poçt göndərişi və bağlama daxil olmuşdur. Poçt sektorunda bank xidmətlərinin tətbiqi üçün işlərə başlanılmış, 68 poçt şöbə və bölməsinin avtomatlaşdırılması üçün kompyuterlər yerləşdirilmiş və şəbəkənin qurulması davam etdirilir.

DVB-T rəqəmsal televiziya yayımının muxtar respublika ərazisində təşkilinə dair “B&B TV Kommunikeyşn” MMC-yə Teleradio Şurası tərəfindən lisenziya verilmişdir.

Kollegiyaya yekun vuran nazir ölkə başçısının və Ali Məclisi Sədrinin informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına göstərdiyi diqqəti bir daha vurğulayaraq, qəbul olunmuş Dövlət Proqramlarının icrası, “Elektron-hökümət” layihələrinin reallaşdırılması, rəqəmsal televiziyanın, poçt sektorunda bank xidmətlərinin tətbiqi, eyni zamanda əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün konkret vəzifələrin yerinə yetirilməsi işində rabitəçilərə uğurlar arzulamışdır.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ