ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

31.01.2011

Naxçıvan MR RİTN-də ilin yekunlarına dair kollegiya iclası keçirilmişdir

Yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2010-cu ilin yekunlarının təhlili və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sesiyasının qarşıya qoyduğu vəzifələr bairədə kollegiya iclası keçirilmişdir. Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədov ötən il üçün “Tədbirlər planı”nın icrası və üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdən danışmışdır.

 

2010-cu il ərzində ümumi tarif gəliri 2009-cu illə müqayisədə 333 min 891 manat artaraq 5 milyon 847 min 791 manat təşkil etdiyini, 2010-cu ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2009-cu illə müqayisədə 18 faiz artaraq 36 milyon 579 min manatdan çox olduğunu vurğulayan nazir ötən ilin texniki-iqtisadi göstəricilərinin yekunları, muxtar respublikanın informasiya-kommunikasiya texnologiyaları sektorunda görülən işlər haqqında ətraflı məlumat vermişdir.

 

Qeyd olunmuşdur ki, ötən il ərzində Naxçıvan şəhərini, Babək qəsəbəsi və Nehrəm kəndini əhatə edən, ən müasir 3G rabitə xidmətləri göstərilməsinə imkan verən Yeni Nəsil Telekommunikasiya NGN sistemi istifadəyə verilmişdir. NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə 24 növ servis xidmətlərindən istifadə etmək imkanı verir. Bundan əlavə muxtar respublikada beynəlxalq standarta uyğun 7 rəqəmli nömrə planına keçid və iki rəqəmli şəhərlərarası zona kodunun qəbul edilməsinə real imkan yaratmışdır. Nazir həmçinin bildirmişdir ki, muxtar respublikada gedən tikinti-quruculuq işləri rabitə sahəsində də geniş vüsət almışdır. Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binası müasir standartlara uyğun əsaslı təmir edilmiş, Şərur rayonunun Yengicə və Maxta kəndlərində, Babək rayonunun Uzunoba kəndində, Kəngərli rayonunun Şahtaxtı, Qarabağlar, Kərki, Xıncab və Təzəkənd kəndlərində, Ordubad rayonunun Sabirkəndində, Sədərək rayonun Heydərabad qəsəbəsində yeni rabitə evləri istifadəyə verilmişdir. Yeni rabitə evlərinin istifadəyə verilməsilə əlaqədar yeni ATS-lər istifadəyə verilmiş, mövcud olanlar yeni binalara köçürülərək kabel təsərrüfatı yenidən qurulmuşdur. Yeni yaradılmış kənd mərkəzlərindəki poçt bölmələri lazımi avadanlıqlarla təchiz edilmişdir. Hazırda tikinti işləri davam etdirilən ümumi uzunluğu 38 km olan Naxçıvan-Şahbuz fiber-optik magistral xəttinin gələn ayın sonunadək layihənin başa çatdırılması nəzərdə tutulmuşdur. Həmçinin, “Naxtel” simsiz rabitəsinin baza stansiyalarının gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində də tədbirlər həyata keçirilmişdir.

 

Nazir internet sahəsinə də nəzər yetirərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzi yaradılmış, bütün rayon mərkəzlərində sürətli internet (ADSL üzərindən) xidmətləri təşkil olunmuş, muxtar respublikada fəaliyyət göstərən 7 nazirlik, komitə və təşkilat arasında və onların digər struktur idarələrini əhatə edən, daxili sənəd dövriyyəsinə imkan verən korporativ kompüter şəbəkələri quraşdırılmış, muxtar respublikaya daxil olan internet kanalının həcminin 155 mb/saniyəyə çatdırılaraq alternativliyi təmin olunmuş, internet xidmətlərinin tarifləri, kartlar üzrə 50-70%, ADSL xidmətləri üzrə 10-12 dəfə aşağı salınmışdır. Muxtar respublika əhalisinin rahatlıqla kompüter informasiyalarından və internet imkanlarından yararlanmalarını təmin etmək məqsədilə 5 iyul 2010-cu il tarixdən güzəştli şərtlərlə Naxçıvanda start verilən Xalq Kompüteri layihəsi uğurla həyata keçirilmiş, ilin sonunadək 654 ədəd kompüter güzəştli şərtlərlə əhaliyə satılmışdır.

 

R.Məmmədov həmçinin bildirmişdir ki, 2010-cu ilin yanvar ayından etibarən Duzdağ Radio Televiziya Verici Stansiyasından 3-cü metrlik kanalda “İdman Azərbaycan” televiziya proqramı yayımlanmağa başlamış, televiziya yayımının genişləndirilməsi, efir məkanında informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə İbadulla Radio-Televiziya Verici Stansiyasında “ATV” televiziyası üçün 1 ədəd 1kvt gücündə, “ANS” televiziyası və radiosu üçün müvafiq olaraq 200 vt və 1 kvt güclərində, Dəstə RTVS-də “ANS” televiziyası və radiosu üçün müvafiq olaraq 500 Vt və 1kvt gücündə yeni vericilər istifadəyə verilmişdir. Bundan əlavə efirdə süni olaraq yaradılan xarici maneədən çıxmaq üçün Naxçıvan televiziyasının Duzdağ RTVS-dən yayım verən ötürücüsünün yeri və kanalı, bu stansiyadan qəbulda işləyən 11 azgüclü ötürücünün kanalları müvafiq olaraq dəyişdirilmişdir. “ANS” və “ATV” televiziyaları üçün Duzdağ RTVS-də 500 vt və 1 kvt güclərində yeni ötrücülər istifadəyə verilmişdir.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 2010-cu il ərzində nazirlik və tabe müəssisələrdə kargüzarlıq işlərinin və vətəndaşlardan daxil olmuş ərizə və müraciətlərə baxılma vəziyyəti, telekommunikasiya sahəsində görülmüş işlər və mövcud vəziyyət ilə bağlı məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

 

Daha sonra kollegiya iclasının qərar layihəsi oxunulmuşdur. Qərar səsə qoyularaq qəbul edilmişdir. Qərara əsasən Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 2011-ci ilin proqnoz-plan tapşırıqları, xərclər smetası, görüləcək işlərə dair müzakirəyə çıxarılmış tədbirlər planı əlavə və dəyişikliklər nəzərə alınmaqla təsdiq edilmişdir.

 

Sonda kollegiya iclasında yekun nitqi ilə çıxış edən nazir Rövşən Məmmədov rəhbərlik etdiyi quruma, 2011-ci ildə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasının qarşıya qoyduğu vəzifələri rəhbər tutaraq, rabitə və informasiya texnologiyaları sektorunun ənənəvi artım və dinamik inkişafının cari ildə də davam edəcəyinə əminliyini bildirmiş, rabitə və informasiya texnologiyaları sektorunda çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ