ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

22.01.2011

www.nakhinternet.az saytı yeniləndi

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan Naxçıvan Muxtar Respublikası İnternet mərkəzinin rəsmi internet saytının (http://www.nakinternet.az/) yenilənmiş variantı istifadəyə verilib. Saytın dizayn və strukturunun yenilənməsində məqsəd Mərkəzin fəaliyyət istiqamətləri haqqında istifadəçilərin daha ətraflı məlumatlandırılmasına kömək etmək, Mərkəzin xidmətləri haqqında daha geniş məlumat bazasının yaradılmasına nail olmaqdır.


Saytda aparılan dəyişikliklər nəticəsində naviqasiya sistemi və idarəetmə paneli sadələşdirilib və müasir dizaynda qurulub. Saytın yenilənmiş versiyası dizayn, quruluş və məzmun baxımından müasir tələblərə cavab verən yeni sayt İnternet Mərkəzinin xidmətləri və fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin internet istifadəçilərinə ətraflı çatdırılmasını, internetlə bağlı hərtərəfli məlumatların cəmləşdirilməsini təmin edəcək.


Sayt 10 əsas bölmədən: – əsas səhifə, mərkəz haqqında, xidmətlər, tariflər, terminlər, xalq kompüteri, elanlar lövhəsi, saytın xəritəsi, əlaqə və haqqımızda hissələrindən ibarətdir.


Saytın yeni variantında muxtar respublikanın baş internet portalının, Naxçıvan MR RİTN-nin və Heydər Əliyev muzeyinin saytları da yerləşdirilmiş, həmçinin ölkədə və dünyada elmi-texniki tərəqqinin ən son nailiyyətlərini əks etdirən gündəlik məlumatlar da yerləşdirilir.


Qeyd edək ki, 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılmış
Nakhinternet.az, hazırda muxtar respublikasının ən iri İnternet Provayderidir.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ