ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

14.01.2011

Son doqquz ildə 25 min 298 ədəd yeni telefon nömrəsi istismara verilib

Son dövrlərdə tətbiq olunan texnoloji yeniliklər, mobil rabitənin üstünlüyü cəmiyyətdə heç də stasionar ev telefonlarının əhəmiyyətini azalda bilməyib. İndi də hər bir ailə ev telefonlarından istifadəni zəruri və hətta vacib hesab edir. Əhalinin hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı və aktiv istifadədə olan mobil telefonların say göstəricisi informasiya texnologiyalarından istifadənin səviyyəsini, əhalinin yaşayış standartlarını və rifahını xarakterizə edən mühüm göstəricilərdəndir.


Belə ki, Naxçıvan Muxtar Respublikası üzrə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı artaraq 66.4-ə çatıb. Ötən il muxtar respublikada 2812 ədəd yeni telofon nömrəsi istismara verilib. Hazırda muxtar respublikada 60 minə yaxın telefon nömrəsi istifadə olunur ki, bununda 25298 ədədi son doqquz ildə istismara verilib. Ötən ildə həmçinin “Naxtel” şəbəkəsinin genişləndirilməsi məqsədilə Naxçıvan şəhərində 6 baza stansıyasında ikinci kanal yaradılaraq, Şahbuz rayonun Batabat yaylağı və Culfa rayonu Ərəzin kəndində 2 ədəd baza stansiyası istifadəyə verilib. Beləliklə, şəbəkənin baza stansiyalarının sayı 22-ə çatdırılıb. Həmçinin “Naxtel” abunəçilərinin sayı da artaraq 6247 nəfərə çatıb. Bundan əlavə ötən il muxtar respublikada aktiv istifadədə olan mobil telefonların sayı da artıb. Hazırda muxtar respublika əhalisinin 358 min nəfəri mobil telefon istifadəçisidir. Regionda əhalinin hər 100 nəfərinə 88 mobil telefon düşür.


Başa vurduğumuz 2010-cu “Yeniləşmə ili”ndə rabitə və informasiya texnologiyaları sektorunda bir sıra yenilikləri ilə yadda qalıb. Ötən ildə Naxçıvan şəhərini, Babək qəsəbəsi və Nehrəm kəndini əhatə edən Yeni Nəsil Telekommunikasiya NGN sistemi isifadəyə verilib. Şəbəkə Naxçıvan şəhər rabitə idarəsinin texniki binasında yerləşən mərkəzi idarəetmə qurğuları, mərkəzi nəzarət və 20256 ümumi abunəçi tutumu olan telekommunikasiya sistemindən ibarətdir. NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə 24 növ servis xidmətlərindən istifadə etmək imkanı verir.


Qeyd edək ki, 2010-cu ildə rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə ƏDV-siz 2 884 110 manat xidmət göstərilib ki, 2009-cu illə müqayisədə 220 698 manat əlavə gəlir əldə olunub.

 

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ