ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

18.11.2010

Naxçıvan rabitəsinin yaradılmasının 90 illiyi qeyd edildi

Naxçıvan rabitəsinin yaradılmasının 90 illiyi münasibəti ilə Naxçıvan  Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində tədbir keçirilib. Tədbir iştirakçıları ilk əvvəl ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyində ulu öndərin keçdiyi  həyat yolu və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Nazirlikdə davam edən tədbiri Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədov açaraq Naxçıvanda rabitənin yaranma tarixindən, onun keçdiyi inkişaf yolundan danışıb, Azərbaycanda o cümlədən muxtar respublikamızda bu sahəyə göstərilən dövlət qayğısından söz açıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası rabitə işçiləri Birləşmiş Həmkarlar İtifaqının sədri Xatirə İbrahimova, Naxçıvan Muxtar Respublikası Radio Televiziya Ötürücü Mərkəzinin mühəndisi Zahid Sadiqov, Naxçıvan Muxtar Respublikası Radio Televiziya Ötürücü Mərkəzinin tele-radio verlişləri redaksiyasının aparıcısı Səadət Talıbova və Babək rayon Rabitə İdarəsinin əməliyyatçısı Yaqub Abəzərov muxtar respublikada rabitə və informasiya texnologiyaları sektoruna göstərilən dövlət qayğısından və muxtar respublika rəhbərliyi tərəfindən yaradılan əlverişli şəraitdən danışıblar.

Sonra tədbirdə rabitə və informasiya texnologiyaları sahəsində çalışan bir qrub rabitəçiyə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Fəxri-Fərmanı və pul mükafatları təqdim olunub.

Sonda çıxış edən nazir informasiya-kommunikasiya texnologiyaları sektorunda çalışanları bu gün münasibətilə təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.

 

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ