ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

26.10.2010

Naxçıvan MR RİTN-də kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində  2010-cu ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda çıxış edən nazir Rövşən Məmmədov üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində bu ilin yanvar-sentyabr ayları ərzində görülən işlərdən danışıb,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi ilə əlaqədar tapşırıq və göstərişlərinin icrası istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etdi.

Qeyd olundu ki, ötən dövr ərzində Naxçıvan şəhərində yeni nəsil texnologiyasına (NGN) əsaslanan mərkəzi idarəetmə sistemi (Softswitch) və 17472 nömrə tutumlu beş ədəd, Babək qəsəbəsində 1024 nömrə tutumlu, Nehrəm kəndində 1760 nömrə tutumlu yeni nəsil telefon stansiyaları (MSAN) istifadəyə verilib, ilin sonunda Şərur və Sədərək rayonlarında da yeni nəsil telefon stansiyaları (MSAN) quraşdırılması üçün lazımi avadanlıqların alınması nəzərdə tutulub. Nazir həmçinin bildirdi ki, muxtar respublikada gedən tikinti-quruculuq işləri rabitə sahəsində də geniş vüsət alıb. Ümumilikdə muxtar respublikada 111 poçt bölməsindən 53-ü, 95 elektron ATS-dən isə 45-i yeni binalara köçürülüb.

Sonra Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 2010-cu ilin III rübü ərzində telekommunikasiya sahəsində görülmüş işlər və mövcud vəziyyət, nazirliyə tabe müəssisələrdə rüblər üzrə maliyyə və iqtisadi göstəricilərin icra vəziyyəti, poçt rabitəsi sahəsində görülmüş işlər, efirə nəzarət sahəsinin və Naxçıvan Muxtar Respublikası ərazisində radio-televiziya proqramlarının yayım vəziyyəti haqqında məruzələr dinlənilib, 2010-cu ilin 9 ayı ərzində görülən işlərə dair “Tədbirlər planı”nın icra vəziyyəti müzakirə olundu və konkret tapşırıqlar verildi.

Sonda kollegiya iclasına yekun vuran Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədov qeyd etdi ki, “Yeniləşmə ili”ndə də qarşımıza qoyulan vəzifələrin layiqincə  yerinə yetirilməsi üçün  bilik və bacarığımızı əsirgəməməli, bizə həvalə etdilən sahə üzrə üzərimizə düşən vəzifələrin öhtəsindən layiqincə gəlməliyik. Bütün bu işlərdə rabitə və informasiya texnologiyaları sahəsində çalışanlara fəaliyyətlərində uğurlar arzuladı.

 

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ