ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

SUAL-CAVAB

Vüsal Mehdiyev, Naxçıvan  

 

Sual: Mənzilə simli telefon çəkdirmək üçün nə qədər pul məbləği ödəməliyəm?

 

Cavab: İstənilən abonent muxtar respublika ərazisində şəhər və rayon rabitə  idarələrinə müraciət etməklə sadə prosedurla mənzilinə simli  telefon çəkdirə bilər. Bunun üçün vətəndaşdan tələb olunan məbləğ 120 manat dövlət rüsumudur.

 

 

 

Sərxan Zeynalov, Şərur

 

Sual: Lənkəran şəhərinə pul göndərmək istəyirəm. Maksimum nə qədər pul baratı göndərə bilərəm?

 

Cavab: Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən poçt şöbələrində baratların qəbulu və ya göndərilməsi zamanı  pul baratının məbləği  üçün hər hansı məhdudiyyət yoxdur. Vətəndaşlar qısa zaman kəsiyində istənilən məbləğdə pul baratını Azərbaycanın bütün bölgələrinə və dünyanın əksər bölgələrinə göndərə və  ya qəbul edə bilərlər.

 

 

 

Samirə Əliyeva, Naxçıvan

 

Sual: Mən Naxçıvan şəhərində yaşayıram. Burada Rusiyanın qəzetlərinə necə abunə yazılmaq olar?

 

Cavab: Naxçıvan Şəhər Mərkəzi Poçt və paytaxt ərazisində yerləşən poçt bölmələrində Rusiya mətbuatının nümunələrinə abunə yazılması mümkündür. Bunun üçün müvafiq prosedura əsasən bir ay əvvəlcədən müraciət olunmalıdır. Hər bir vətəndaş muxtar respublika ərazisində mətbuat yayımı şöbələrində mətbuat orqanlarının abunə kataloquna əsasən seçim edə bilər.  Həmin kataloqda  abunə yazılışının həyata keçirilməsi  mümkün olan 279 adda Rusiya mətbu nümunələrinin adları yer alıb. 

 

 

 

Taleh Nəsirov, Sədərək

 

Sual: “0” kodunu açdırmaq  üçün nə qədər pul məbləği ödəməliyəm?

Cavab: Naxçıvan Muxtar Respublikası ərazisində 01.09.09  tarixindən etibarən abonentlərdən “0” və “00”, yəni  şəhərlərarası və beynəlxalq danışıq  kodunu aktiv etmək  üçün heç bir rüsum ödənilməsi tələb olunmur.

 

Sizi maraqlandıran suallarınızı aşağıdakı forma yazaraq bizə çatdıra bilərsiniz.

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

ADSL abunəçilərinin balansının onlayn artırılması

TELEFON BORCUNU ÖDƏMƏK

 

 

© Copyright 2006-2014 Naxçıvan MR RYTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RYTN - Nakhİnternet.AZ