Microsoft yeni şirkət aldı

"Microsoft" korporasiyası süni intellekt sahəsində həllərlə məşğul olan "Semantic Machines" şirkətini satın alıb.

Bu haqda "Microsoft"un bloqunda məlumat verilib. Sövdələşmənin məbləği açıqlanmayıb. Məlumata görə, "Semantic Machines" şirkətinin süni intellekt sahəsində həlləri "Cortana" adlı səsli köməkçi, həmçinin "Azure Bot" və "Xiaolce" xidmətlərinin inkişafında istifadə ediləcək. Bundan başqa, "Microsoft"un nümayəndəsi bildirib ki, korporasiya Berklidə süni intellekt sahəsində tədqiqatlar üçün mərkəz yaratmaq niyyətindədir.

Ətraflı: Microsoft yeni şirkət aldı