“Muxtar respublikanın dövlət orqanlarının internet resurslarının təhlükəsizliyinin təmin olunması” mövzusunda seminar keçirilib

Fevralın 8-də “Muxtar respublikanın dövlət orqanlarının internet resurslarının təhlükəsizliyinin təmin olunması” mövzusunda seminar keçirilib.
Muxtar respublikanın dövlət orqanlarının informasiya təhlükəsizliyinə cavabdeh şəxslərin və mətbuat xidmətlərinin əməkdaşlarının iştirak etdiyi seminarı Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov açaraq bildirib ki, bu gün dünyanı informasiyasız təsəvvür etmək mümkün deyil. İnformasiyanın cəmiyyət həyatındakı rolu nə qədər böyük olsa da, informasiya təhlükəsizliyinin qorunması da bir o qədər vacibdir. Ötən dövrdə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən muxtar respublikanın dövlət orqanlarının saytları yaradılıb, bu qurumlar arasında elektron sənəd dövriyyəsi sistemi istifadəyə verilib.

Ətraflı: “Muxtar respublikanın dövlət orqanlarının internet resurslarının...

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasını nazir Rövşən Məmmədov açıb. Bildirib ki, muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2018-ci ildə də davam etdirilib. Belə ki, il ərzində plan tapşırıqlara 110 faiz əməl olunub, tarif gəliri əlavə dəyər vergisiz 9 milyon 294 min 723 manat təşkil edib.

Ətraflı: Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Noyabr ayında 568 abunəçi internetlə təmin edilib

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2018-ci ilin noyabr ayında da davam etdirilmişdir. Ötən ay Şərur rayonunun Kosacan, Culfa rayonunun Qazançı Kənd mərkəzlərində Rabitə Evi istifadəyə verilmişdir. Aşağı Buzqov LTE baza stansiyasından 1 sektor Yuxarı Buzqov kəndinə daşınaraq kəndin Naxtel siqnalı ilə əhatə edilməsi təmin olunmuş, Şərur rayonunun Kərimbəyli kəndində yeni nəsil Avtomat Telefon Stansiyası yeni binaya köçürülmüşdür.
Nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 183 yeni telefon nömrəsi istismara verilmiş, muxtar respublika ərazisində, ümumilikdə, 4004 metr fiber-optik kabel xətti çəkilmiş, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 568 yeni abunəçi internetlə təmin olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti