Naxçıvanda “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu təşkil olunub

   Dünən Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alan tələbələrin iştirakı ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu keçirilib.
Tədbirdə universitetin İqtisadiyyat fakültəsinin dekanı Əşrəf Ələkbərov çıxış edərək bildirib ki, muxtar respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris prosesində innovativ texnologiyalardan geniş istifadə uğurlara yol açıb.
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Tahir Məmmədov çıxışında innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkəmizdə aparılan dövlət siyasətindən, bu sahəyə cavabdeh qurum kimi nazirliyin həmin sektorun inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən danışıb.

Ətraflı: Naxçıvanda “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu təşkil olunub

Fəal tələbələr aylıq təqaüdə layiq görülüblər

   “Azerfon” şirkəti korporativ sosial məsuliyyət strategiyası çərçivəsində muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alan tələbələr üçün təqaüd proqramı həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə təşkil olunan layihənin nəticələrinə əsasən dərslərində fəallıq göstərən 5 tələbə müəyyən edilib. Onlar tədris ilinin sonunadək aylıq 200 manat məbləğində təqaüdlə təmin olunacaqlar.
Rabitə və Yeni Texnologiyalar Nazirliyində bu münasibətlə təşkil olunan tədbiri nazir Rövşən Məmmədov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamla müvafiq ixtisaslar Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Sərəncamın icrasına uyğun olaraq həmin tələbələrlə mütəmadi görüşlər keçirilir, ixtisaslarına dərindən yiyələnmələri üçün lazımi addımlar atılır. Təşkil olunan tədbir də məhz bu istiqamətdə görülən işlərin davamıdır.

Ətraflı: Fəal tələbələr aylıq təqaüdə layiq görülüblər

Muxtar respublikamızda kibertəhlükəsizliklə bağlı tədbirlər uğurla həyata keçirilir

   İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ­kibercinayətkarlığın meydana gəlməsinə və gündən-günə artmasına da səbəb olub. Birləşmiş Millətlər Təşkilatının hesabatında hər il 1,5 milyondan çox insanın internet vasitəsilə törədilən cinayətlərin qurbanı olduğu və kibercinayət xarakterli fəaliyyət nəticəsində dəymiş ümumi ziyanın 1 milyard dollardan artıq təşkil etdiyi bildirilir.
   Kibercinayətin ən çox yayılmış növü “fişinq” adlanan üsuldur. “Fişinq” kibercinayətin xüsusi növüdür və istifadəçiləri aldatma yolu ilə, adətən, maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməklə həyata keçirilir. Cinayətkarlar bank saytı və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi görünən saxta veb-saytlar yaradır. Sonra istifadəçiləri bu sayta giriş etməyə sövq edirlər ki, istifadəçilər bu saytda login, parol və ya PIN kod kimi konfidensial məlumatlarını yazsınlar.

Ətraflı: Muxtar respublikamızda kibertəhlükəsizliklə bağlı tədbirlər uğurla həyata...