Kibertəhlükələrdən necə qorunaq?

Bütün dünyada kibercinayətkarlığın artması dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizilik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini aktual edir.

Kibercinayətin ən çox yayılmış növü “fişinq” adlanan üsuldur. “Fişinq” kibercinayətin xüsusi növüdür və istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməklə həyata keçirilir.

Fişinq hücumuna məruz qalmış qurbanların fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş mükafatlandırmadır. İstər lotereya, istərsə də sorğu saytlarının işləmə mexanizmi demək olar ki, eynidir: Öncə istifadəçidən müəyyən proseslər üçün (komissiyanın ödənilməsi, qəbzin işlənməsi və s.) kiçik miqdarda ödəniş etməsi xahiş olunur, daha sonra isə yüksək məbləğdə mükafatlandırma söz verilir.

Ətraflı: Kibertəhlükələrdən necə qorunaq?

“Naxçıvanpoçt” bayram günlərində də fəaliyyət göstərir

“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti bayram və istirahət günlərində gücləndirilmiş iş rejimində çalışır.
Burada sakinlərə kommunal, telefon haqlarının ödənişi, pul baratlarının, məktubların, bağlamaların qəbulu və digər xidmətlər göstərilir. Həmçinin mobil cihazların qeydiyyatdan keçirilməsi xidmətindən də sakinlər istifadə edirlər.

 Qeyd edək ki, NAXTEL 4G Məhdud Məsuliyyətli Cəmiyyəti də bayram günlərində əhaliyə nümunəvi xidmət göstərir. Novruz bayramı ilə əlaqədar olaraq NAXTEL sərfəli kompaniyalar təklif edir. Belə ki, martın 18-dən 31-dək balansını 10 manat və ya daha çox artıran hər bir abonentə 5gb internet, 60 dəqiqə  danışıq haqqı və 100 sms hədiyyə olunur.

“İdeyadan biznesə” layihəsinin Naxçıvan Turunun keçirilməsi ilə əlaqədar seminar keçirilib.

    Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alan tələbələrin iştirakı ilə “İdeyadan biznesə” layihəsinin Naxçıvan Turunun keçirilməsi ilə əlaqədar seminar keçirilib.

     Naxçıvan Dövlət Universitetin rektoru, AMEA-nın müxbir üzvü  Saleh Məhərrəmov seminarı açaraq bildirib ki, tələbələrin innovativ ideyalarının inkişaf etdirilməsi üçün bu cür layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir. Muxtar Respublika rəhbərliyinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan rektor startapın inkişafı üçün universitetdə gənclərə hər cür şərait yaradıldığını qeyd edib.

Ətraflı: “İdeyadan biznesə” layihəsinin Naxçıvan Turunun keçirilməsi ilə əlaqədar...