Naxçıvanın ən innovativ layihələri müəyyən olunub

“Naxçıvan” Universitetində 100-dən çox gəncin qatıldığı “I2B-İdeyadan biznesə” layihəsi çərçivəsində ikinci startap turu təşkil olunub.
Tədbirin informativ hissəsində məlumat verilib ki, ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə həyata keçirilən “I2B-İdeyadan biznesə” layihəsinin təcrübəsindən yararlanaraq muxtar respublikada startap hərəkatının genişləndirilməsi istiqamətində bir sıra tədbirlər reallaşdırıb.

Ətraflı: Naxçıvanın ən innovativ layihələri müəyyən olunub

Startap layihələrinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları ilə birgə startap layihələri müzakirə olunub. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, müvafiq sərəncamın məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək ­olmaqdır.

Ətraflı: Startap layihələrinin təqdimatı olub

İnternetdə yayılmış oyunların yaratdığı təhlükələr

Muxtar respublikamızda internet istifadəcilərinin sayı surətlə artır, üstəlik də ümumdünya hörümçək torundan istifadə edən gənclərin və yeniyetmələrin sayı olduqca çoxdur. Xüsusən də gənclər üçün internet elə bir informasiya vasitəsinə çevrilir ki, onlar şəbəkəsiz həyat təsəvvür edə bilmirlər. Bu baxımdan internetdən istifadə edən uşaq və gənclərin təhlükəsizliyini təmin etmək mühüm məsələlərdən biridir.

Ətraflı: İnternetdə yayılmış oyunların yaratdığı təhlükələr