Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə xidmətləri göstərilir

       Qloballaşan cəmiyyətdə müasir insan həyatını bu gün texnologiyalarsız təsəvvür etmək çox çətindir. Naxçıvan Muxtar Respublikasında müasir texnologiyalardan geniş istifadə insanların informasiya tələbatlarının ödənilməsində, iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada əhaliyə keyfiyyətli rabitə və internet  xidmətlərinin göstərilməsi diqqət mərkəzində saxlanılmış, mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində ay ərzində abonentlərə yeni telefon xəttlərinin, habelə “Evədək optika” layihəsi çərçivəsində mənzillərə fiber optik kabel xəttlərinin və  GPON avadanlığının  quraşdırılması davam etdirilmişdir. Bunlarla yanaşı, yeni inşa olunan kənd xidmət mərkəzlərinə, təhsil müəssisələrinə və digər qurumlara fiber-optik xətlərin çəkilişi də həyata keçirilmişdir.

Ətraflı: Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə xidmətləri göstərilir

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanına əsasən yaradılmış Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir. Martın 29-da Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi də bu təşəbbüsə qoşularaq  Koronavirusla Mübarizəyə Dəstək Fonduna  3348 manat (üç min üç yüz qırx səkkiz) manat, Həmçinin,
Naxçıvan şəhər Rabitə İdarəsi 5171 (beş min yüz yetmiş bir) manat,
Şərur rayon Rabitə İdarəsi 3732 (üç min yeddi yüz  otuz iki) manat,
Babək rayon Rabitə İdarəsi 2706 (iki min yeddi yüz altı) manat,
Ordubad rayon Rabitə İdarəsi 2865 (iki min səkkiz yüz  altmış beş) manat,
Culfa rayon Rabitə İdarəsi 1864  ( min səkkiz yüz  altmış dörd) manat,
Şahbuz rayon Rabitə İdarəsi 1413  ( min dörd yüz  on üç) manat,
Kəngərli rayon Rabitə İdarəsi 1221  ( min iki yüz iyirmi bir) manat,
Sədərək rayon Rabitə İdarəsi 558  (beş yüz əlli səkkiz) manat,
İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi isə 2001 (iki min bir) manat olmaqla, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun tabeliyində olan müəssisə və təşkilartların kollektivləri tərəfindən fonda ümumilikdə, 24 879 (iyirmi dörd min səkkiz yüz yetmiş doqquz) manat vəsait köçürülüb.

Naxçıvan Muxtar Respublikasının
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin  
Mətbuat Xidməti

 

“TikTok” tətbiqindəki boşluq ziyanverici SMS göndərir.

“TikTok” platforması son aylar ərzində inanılmaz dərəcədə məşhurlaşıb, lakin təhlükəsizliklə bağlı problemlər ondan da yan keçməyib. Belə ki, tətbiqdə çoxsaylı boşluqlar aşkar edilib. Cinayətkar qurbanın hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir. Qeyd edilir ki, “TikTok” istifadəçilərinin sayı bütün dünyada milyardı keçir – tətbiq milyard dəfə Android və iPhone cihazlarına yüklənilib. Mövcud boşluqlara görə proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi və təhlükəsizliyi təhlükə altındadır. Aşkar olunan boşluqlardan biri “TikTok”un SMS-imkanlarına təsir etməsidir.

Ətraflı: “TikTok” tətbiqindəki boşluq ziyanverici SMS göndərir.